2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏİqtisadiyyat

Benzin bahalaşdı – SON DƏQİQƏ

Azərbaycana idxal olunan benzinin qiymətində artım baş verib.
24.saat.org-un  xəbərinə görə, artıq yanacaqdoldurma məntəqlərində “AI-95 Premium” və “Aİ-98 Super” markalı benzinin  yeni qiymətləri tablolara vurulub.Sosial şəbəkə istifadəçiləri bu barədə məlumatlar veriblər.
Belə ki, “AI-95 Premium” markalı benzinin yeni qiyməti 1,15 AZN, və “Super Aİ-98”  markalı benzinin yeni qiyməti isə 1,20 AZN müəyyənləşib.
Qeyd edək ki, bu markalı benzinlər ölkəyə idxal olunur və qiyməti sərbəst tənzimlənir.
Qiymət artımı Azərbaycanda istehsal olunan  “AI-92” markalı benzin  və “L-62” markalı dizel yanacağının qiyməti isə Tarif Şurası tərəfindən tənzimlənir . Bu məhsulların qiymətində heç bir dəyişiklik baş verməyib.
Xatırladaq ki, ölkəyə idxal olunan benzinin qiyməti bundan əvvəl bu ilin yanvarın 13-də artmışdır. Həmin vaxt “Aİ-95 Premium” markalı benzin 1,05 AZN, “Aİ-98 Super” markalı benzin isə 1,10 AZN idi.


Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button