Loading...
Loading...
iqtisadiyyatİqtisadiyyat

Benzin və dizel bahalaşacaq?

Aksiz dərəcəsi üzrə dəyişiklik avtomobil benzininin və dizel yanacağının pərakəndə satış qiymətinə təsir göstərməyəcək.

Tarif (qiymət) Şurasının Katibliyindən bildirilib ki, ümumiyyətlə, qeyd edilən məhsullar üzrə qiymət dəyişikliyinin aparılması məsələsi müzakirə olunmur.

Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 23 avqust tarixli 322 nömrəli “Neft məhsullarının aksiz dərəcələri səviyyəsinin dəyişdirilməsi və ölkə ərazisində daşınması xərcləri ilə bağlı bəzi məsələlər haqqında” Qərarına əsasən, avtomobil benzininin aksiz dərəcəsi 42,0 faizdən 42,5 faizə, dizel yanacağının aksiz dərəcəsi isə 18,0 faizdən 18,3 faizə dəyişdirilib və qərar 1 sentyabr 2022-ci il tarixindən qüvvəyə minəcək.

24 saatBenzin və dizel bahalaşacaq?” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

son xeberler

Gözdən qaçırmayın:  Benzin və dizelin aksiz dərəcəsi artırıldı

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button