AZ24SAAT.ORG

Now Reading:
Benzinin qiyməti ilə bağlı deputatdan etiraz

Əli Məsimli: Azərbaycanda benzin baha və keyfiyyətsizdir

Deputat Əli Məsimli Azərbaycanda benzinin qiymətinin yüksək, keyfiyyətinin isə aşağı olduğunu deyib. Bizimyol.info xəbər verir ki, aprlamentdə çıxış edən deputat bildirib ki, Azərbaycanda benzinin qiyməti dünya qiymətlərindən aşağı olsa da, Rusiya və Qazaxıstanla müqayisədə yüksəkdir. “Dünya ilə deyil, inkişaf etmiş olkələrlə yox, Rusiya və Qazaxıstanla müqayisə etdikdə benzinin qiymətinin baha olmasını görürük. Məsələn, Rusiyada benzinin qiyməti bizdən 26% aşağıdır, ancaq əmək haqqı 2,1 dəfə yüksədir. Qazaxıstanda isə 6% bizdən ucuzdur, əmək haqqı 1,5 dəfə bizdən yüksəkdir”.


Ə.Məsimli benzinin keyfiyyətinin də aşaöı olduğunu deyib. O bunu əlavə qatqılarla əlaqələndirib:

Benzini 2 gün saxlayandan sonra əlavə qatqıların qatılmasb açıq görünür. Keyfiyyətin aşağı olması isə avtomobillərin tez sıradan çıxmasına səbəb olur” – deyə deputat bildirib.

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.