Loading...
Loading...
Gündəm

Benzinin qiyməti qalxdı

Azərbaycanda benzinin qiyməti bahalaşıb.

Bu gün, iyunun 2-dən Aİ-95 “premium” markalı benzinin qiymətinin 1.40 AZN olduğu bildirilir. Buna qədər Aİ-95 1.25 AZN idi.

Aİ-95 “premium” markalı benzin Azərbaycanda istehsal edilmir, o, ölkəyə idxal edilir. Onun qiymətini də Azərbaycan Tarif Şurası tənzimləmir.

Bu il yanvarın 4-də Tarif Şurasının iclasında ölkədə istehsal edilən Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 1 manat, dizel yanacağının pərakəndə satış qiyməti isə 80 qəpik müəyyən edilmişdi. Onda Aİ-92 10, dizel 20 qəpik bahalaşmışdı.

Bəzi iqtisadçılar ölkənin Aİ-95 “premium” və “super” markalı benzinlərlə bağlı idxaldan asılı olmasına görə hökuməti tənqid edirlər.

24 saat” “Benzinin qiyməti qalxdı” başlıqlı yazını “Azadlıq Radiosu”na istinadən dərc edib.

Gözdən qaçırmayın:  Ukrayna Müdafiə Nazirliyi son durumu açıqladı

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button