Loading...
Loading...
iqtisadiyyatİqtisadiyyat

Benzinin və avronun qiymətinin dəyişməsi Azərbaycan avtomobil bazarına necə təsir edəcək?

Avro tədavülə buraxıldığı dövrdən, yəni 2002-ci ildən etibarən ilk dəfə dollara nisbətən ucuzlaşıb. Dollar 2016-cı ildən etibarən manat qarşısında sabit məzənnədə (1,70 manat) qaldığı halda, bir avro bu gün 1,67 manat təşkil edir. Məlumdur ki, Azərbaycan Avropa ölkələri ilə ticarət əlaqələrini avro əsasında aparır. Təbii olaraq Avropadan ölkəyə idxal edilən əsas məhsullardan olan avtomobillərin qiyməti də avro ilə hesablanır. Bu səbəblə avronun dəyər itirməsinin Azərbaycan avtomobil bazarına müsbət təsir göstərəcəyi barədə fikrilər səsləndirilir. Lakin ötən iki gündə ölkədə yüksək oktanlı benzinin qiyməti kəskin şəkildə artdı. Dizelin qiyməti isə benzinlə müqayisədə bir qədər ucuzdur. Buna görə də Azərbaycanın maşın bazarında dizel mühərrikli maşınların qiymətinin artacağına dair narahatlıqlar da var.

Məsələni şərh edən nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov bildirib ki, xarici valyutaların manat qarşısında dəyər itirməsinin avtomobil qiymətinin ucuzlaşmasına səbəb olmalıdır:

“Bu gün ölkəmizə ABŞ, Avropa ölkələri, Yaponiya, Cənubi Koreya, Çin kimi ölkələrdən daha çox avtomobil idxal olunur və bu avtomobillər xarici valyutalar – dollar və ya avro ilə alınır. Bu xarici valyutaların manata nisbətən möhkəmlənməsi həmin avtomobillərin qiymətinin yüksəlməsinə gətirib çıxarır. Eyni zamanda valyutaların manat qarşısında dəyər itirməsi də avtomobil qiymətinin ucuzlaşmasına səbəb olmalıdır. Sadə bir misal çəkim, 2015-2016-cı illərdəki manatın devalvasiyasına qədər Azərbaycanda avtomobillər çox ucuz idi, yeni, komfortlu, təhlükəsiz Yaponiya istehsalı avtomobillərin qiyməti 19 min manat civarında idi, devalvasiyadan sonra isə bu qiymət 35 min manata qalxdı və əgər dollar və ya avro bir müddət, ən azı bir rüb manata nisbətən dəyərdən düşəcəksə, manat öz mövqeyini gücləndirəcəksə, onda əlbəttə ki, bu, Azərbaycan avtomobil bazarına müsbət təsir edəcək. Amma bunun üçün həmin valyuta ən azı bir rüb öz kursunu saxlamalıdır. Bundan sonra avtomobil qiymətlərinin enməsi barədə düşünmək olar”.

Nəqliyyat eksperti Arzu Babazadə isə dizel mükərrikli avtomobillərin qiymətinin dəyişəcəyini deyib:

Nəqliyyat eksperti Arzu Babazadə isə dizel mükərrikli avtomobillərin qiymətinin dəyişəcəyini deyib:

“Düşünürəm ki, mövcud vəziyyətlə əlaqədar dizel mühərrikli maşınların qiyməti artacaq. Bizdə hər şeyi fürsətə çevirmək adəti var. Dizel mühərrikli avtomobil satışı ilə məşğul olan şəxslər qiyməti dərhal artıracaqlar, mən bunu gözləyirəm. Avtomobilə qaz balonları quraşdırmanın qiymətində də artım olacaq. Normalda 300-500 manata quraşdırılırsa, indi 700 manat olacaq. Bunları bu günə qədərki müşahidələrimə əsasən, deyirəm. Çünki yüksək oktanlı benzinin qiymət artımından sonra digər benzinlər də bahalaşır”.

Gözdən qaçırmayın:  Dünyanı bəzər, özü lüt gəzər… – SOCAR Aİ-95-i zavodu olan ölkədən gətirir

Nəqliyyat eksperti Aslan Əsədov isə benzin qiymətinin bahalaşmasının dizellə işləyən avtomobillərin qiymətində güclü fərq yaradacağını düşünmədiyin söyləyib:

“Benzinin qiyməti ilə bağlı son vaxtlar narahatlıq var, bunlar başadüşüləndir. Premium və “Aİ-95” markalı benzinlər ölkəyə xaricdən gətirilir və xarici valyuta ilə hesablanır. Düzü, Azərbaycanda dizel mühərrikli maşınların qiymətinin artma ehimalı həmişə yüksək olub. Çünki dizel avtomobillərinə tələb digər yanacaq, benzin və sıxılmış metanla işləyən avtomobillərlə müqayisədə çox yüksəkdir, belə də davam edəcək. Bunun başlıca səbəbi həmin avtomobillərin səmərəli olmasıdır. Onun yanacaqdan ayrılan istilik enerjisinin miqdarı insanlar üçün qənaətbəxşdir. Yəni qiymət artımı olacaqsa belə, bu sırf benzinin bahalaşması ilə bağlı deyil. Benzinlər işləyən avtomobilin bir kilometrinə istifadə olunacaq yanacağın miqdarı dizellə müqayisədə çox olur. Dizel avtomobillərində az sərfiyyatla böyük yol qət etmək mümkündür. Ona görə də onlarda qiymət artımı həmişə gündəmdə olur. Avtomobillərin qiymət artımına yanacağın qiymətinin artmasından daha çox dövlət rüsumları təsir edir”. (oxu.az)

24 saatBenzinin və avronun qiymətinin dəyişməsi Azərbaycan avtomobil bazarına necə təsir edəcək?” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

son xeberler

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button