2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ManşetSosialXəbərlər

Benzinin və qazın ucuzlaşması mümkündürmü? – SOCAR rəsmisi ilə müsahibə

İbrahim Əhmədov: “SOCAR hər bir halda dövlətin verdiyi qərarlara tabe olacaq”

“Daxili bazarda qazanc əldə etmək hədəfimiz yoxdur”

Azərbaycanda benzinin və təbii qazın qiymətinin ucuzlaşdırılması, tətbiq olunan qaz limitinin ləğv edilməsi ilə bağlı təkliflər var. Sosial yönümlü islahatların çərçivəsində deputatlar, ekspertlər və sadə vətəndaşlar tərəfindən gündəmə gətirilən bu təkliflər sosial şəbəkələrdə çoxsaylı müzakirələrə, paylaşımlara səbəb olub. Ancaq dövlət rəsmiləri və aidiyyatı qurumlar hələ də məsələyə münasibət bildirməyiblər.Təklifin reallaşmasının mümkünlüyü ilə bağlı Nazirlər Kabineti, İqtisadiyyat Nazirliyi, Tarif Şurası kimi qurumlarla əlaqə saxladıq. İqtisadiyyat Nazirliyindən bildirildi ki, hər iki məhsulun istehsalçısı və satışını təşkil edən şirkət olaraq SOCAR qiymətin dəyişməsi ilə bağlı müraciət etdiyi halda məsələyə baxılması mümkündür.
Bizimyol.info məsələ ilə bağlı SOCAR-ın ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədova suallar ünvanlayıb:

– Benzinin qiymətinin ucuzlaşması ilə bağlı səsləndirilən təkliflərin reallaşması mümkündürmü?

– Azərbaycanda əsas satılan yanacaq Aİ-92 markalı benzin və dizel yanacağıdır. Bunların qiymətini satıcı şirkətlər deyil, müvafiq dövlət qurumları tənzimləyir. SOCAR bununla bağlı heç bir qərar vermir. Yəni şirkət birtərəfli olaraq qiyməti nə artıra, nə də aşağı sala bilər.

– Müvafiq qurumlar İqtisadiyyat Nazirliyi və Tarif Şurasıdır. İqtisadiyyat Nazirliyindən bizə bildirdilər ki, qiymətin dəyişməsi üçün SOCAR müraciət edərsə, məsələyə baxıla bilər.

– SOCAR müraciət etsə, qərar verə bilərlər, amma hər bir halda bizim müraciətimiz olmadan da onlar qərar verə bilərlər. Müraciət nəyin əsasında olur? Adətən müraciət maya dəyərinin formalaşması və maya dəyərinə nisbətən satış qiymətinin rentabelli və ya qeyri-rentabelli olması ilə bağlı olur. Maya dəyərinin müəyyənləşməsi isə neftçıxarma avadanlıqlarının qiymətindən, nəql xərclərindən, həmin avadanlığın hansı valyuta ilə əldə olunmasından asılıdır. Xarici valyuta ilə əldə olunursa, manatın ucuzlaşması və ya bahalaşması qiymətə təsir edə bilər. Məsələn, manat ucuzlaşırsa, avadanlığı xaricdən əldə etmək baha başa gəlir. Bu hal, həmçinin təbii infilyasiya və başqa faktorlar da rentabelliyə təsir göstərə bilər. Hər bir halda şirkət öz əməliyyatlarını hesablayır və onun əsasında təkliflər verir ki, bizə bu yanacaq filan qiymətə başa gəlir və bunun satış qiymətindən bu qədər gəlir əldə edirik. Bu gəlir, heç olmasa, maya dəyərini qarşılayırmı, ya yox? Ona uyğun olaraq da dövlət qərar verir.

Saytların yığılması Saytlarin yigilmasi

– Hazırda olan vəziyyət benzinin ucuzlaşmasını şərtləndirə bilərmi?

– Dediyiniz məsələ ilə bağlı dəqiq məlumatım yoxdur. Bununla bağlı Şirkətə hansısa təklif də daxil olmayıb. Bizim əməliyyatlarımızın rentabelliliyində hazırda dəyişiklik yoxdur. Bazardakı vəziyyət olduğu kimi qalır. Yəni avadanlığı təxminən eyni qiymətə alırıq, gəlir və xərclər dəyişməyib. Xaricdən aldığımız avadanlıq, investisiya xərcləri əvvəlki səviyyədədir. Hansısa ekspert hesab edirsə ki, burda dəyişiklik var, bu haqda bizə mürqciət edə bilər. Təbii ki, dövlətə də müraciət edərək təkliflərini verə bilər. Dövlətin müvafiq orqnları da bu təkliflərə baxa bilərlər. Bu normal bir praltikadır. Əlbəttə ki, SOCAR da verilən qərarlara tabe olacaq.

– Azərbaycanda yanacağın qiyməti başqa ölkələrə, qonşu dövlətlərə nisbətdə baha, yoxsa ucuz sayılır?

– Burada hesablama meyarları fərqli ola bilər. Bu, hər kəsin subyektiv yanaşmasından asılıdır. Çünki yanacağın qiyməti mütləq qaydada bir ölkədə daha ucuz, bir başqasında baha ola bilər. Burada bəzən başqa faktorlar da nəzərə alınır. Həmin ölkənin əhalisinin alıcılıq qabiiliyyəti, aylıq gəlirlər və s. İqtisadçıların da məsələyə fərqli yanaşmaları var. Bunların hamısı iqtisadçıların, təhlilçilərin və makroiqtisadi planlaşmanı həyata keçirən şəxslərin işidir. Bizim işimiz şirkətin özünün əməliyyatlarının rentabelliyini hesablamaqdır. Biz bazardan öncə baxmalıyıq ki, şirkətə məhsulun hasili, isrtehsalı neçəyə başa gəlir və gəlir daxili bazarda o xərcləri minimum örtürmü?

Əlbəttə, daxili bazarda bizim qazanc əldə etmək kimi bir hədəfimiz yoxdur. Biz əsasən xarici bazarlarda hədəfləyirik ki, Azərbaycan üçün qazanc əldə edək. Daxili bazar üçün isə, əsas hədəfimiz ölkənin enerji təhlükəsizliyini təmin etməkdir. Buna görə dövlətə heç vaxt müraciət etmirik ki, bizim gəlirlərimizi, mənfəətimizi artırsınlar. Çünki daxili bazardan adətəın mənfəət kimi bir gözləntimiz yoxdur. Maksimum gözlənti budur: daxili bazarda ziyan həddindən artıq olmasın ki, şirkətin əməliyyatlarının dayanıqlılığı təmin olunsun, şirkətdə iflas olmasın. Bu da məhsulun maya dəyərindən asılıdır ki, bu yanacağın hasil olunması, emal olunması, nəql olunması, satışı və s. neçəyə başa gəlir və neçəyə satılır? Həmçinin başqa ölkələrdə müxtəlif tənzimləmə mexanizmləri, fərqli iqtisadi siyasət yanaşmaları var. Bəzilərində subsudiyalar tətbiq edilir, bəzilərində bu edilmir. Ona görə də hamısını yan-yana qoymaq mümkün deyil. Yəni fərqli yanaşmalar mövcudur.

– Ölkədə gedən sosial islahatların çərçivəsində təkliflərdən biri də təbii qaz tətbiq edilən illlik limitin ləğv edilməsi və ölkə vətəndaşları üçün təbii qazın qiymətinin aşağöı salınmasıdır. Belə bir addımın atılması mümkündürmü?

– Dövlətin qanunvericiliyinə zidd olmayan istənilən ictimai təşəbbüslə çıxış etmək hər kəsin hüququdur. Yəni təkliflərini irəli sürə bilərlər və o təkliflərə dövlətin müvafiq orqanları baxa bilərlər. SOCAR da hər bir halda dövlətin verdiyi qərarlara tabe olacaq.

Maraqlı xəbərlər üçün  Az24saat.org saytının  FACEBOOK səhifəsini izləyin

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button