iqtisadiyyatİqtisadiyyat

Berdiməhəmmədov, Ərdoğan və Əliyev qaz qovşağının yaradılmasını müzakirə edəcəklər

Türkmənistan prezidenti Serdar Berdiməhəmmədov Türkmənbaşıda Türkiyə və Azərbaycan prezidentləri Tayyib Ərdoğan və İlham Əliyevin iştirakı ilə üçtərəfli sammitin keçirilməsi haqqında qərar imzalayıb. Bu barədə dekabrın 3-də Türkmənistan televiziyası məlumat yayıb.

Eyni mənbəyə görə, ölkə liderlərinin görüşü dekabrın 13-14-də baş tutacaq. Bundan əvvəl Ərdoğan bildirib ki, o, Əliyev və Berdiməhəmmədovla Türkiyədə qaz qovşağının yaradılmasını müzakirə etmək niyyətindədir.

Türkmənistanın xarici işlər naziri Rəşid Meredovun Ankaraya son səfəri zamanı bildirilib ki, qarşıdan gələn sammit zamanı üç ölkənin liderləri 5 əsas dövlətlərarası saziş imzalayacaqlar.

Saytların yığılması Saytlarin yigilmasi

Bundan əvvəl Bakı və Aşqabad Xəzər dənizinin dibi ilə “Dostluq” yatağından Azərbaycan sahillərinə qədər qaz kəmərinin çəkilməsi barədə razılığa gəliblər.

Bu gələcək Transxəzər qaz kəmərinin bir hissəsi ola bilər. Daha sonra Cənub Qaz Dəhlizi sisteminə birləşdirilərək bu layihə Avropada qaz çatışmazlığı problemini həll edə bilər.

Türkmənistanın təsdiqlənmiş təbii qaz ehtiyatları dünyada ən böyük ehtiyatlardan biridir – 19,5 trilyon kubmetr.

The post Berdiməhəmmədov, Ərdoğan və Əliyev qaz qovşağının yaradılmasını müzakirə edəcəklər appeared first on 24 saat.

“24 saat “Berdiməhəmmədov, Ərdoğan və Əliyev qaz qovşağının yaradılmasını müzakirə edəcəklər” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

son xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button