2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏSiyasət

Berdiməhəmmədov ‘gənclərə yol vermək’ niyyətini açıqlayıb

Amma oğul Berdiməhəmmədov iclasda açıqladığı 30 illik iqtisadi planların təfərrüatlarına aydınlıq gətirmədiyi kimi ata Berdiməhəmmədov da nə vaxt istefa vermək niyyətində olduğunu açıqlamayıb

Saytların yığılması Saytlarin yigilmasi

Türkmənistan prezidenti hakimiyyəti “gənc liderlərə” vermək niyyətində olduğunu bildirib.

Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov ötən ildən Türkmənistan parlamentinin yuxarı palatası olan Xalq Məsləhətinin növbədənkənar iclasında təqaüdə getmək istədiyini və hakimiyyəti “gənc liderlərə” ötürmək fikirində olduğunu deyib.

Onun bu açıqlaması hakimiyyəti oğluna ötürməklə bağlı söz-söhbətlərin yayıldığı bir vaxta təsadüf edir.

64 yaşlı avtoritar dövlət başçısı bu barədə fevralın 11-də Türkmənistan lideri kimi 15 illik yubileyini qeyd edərkən Xalq Məsləhətinin iclasında açıqlama verib.

Fevralın 11-də Xalq Məsləhətinin iclası ilə Nazirlər Kabinetinin birləşdirlmiş iclasında Berdiməhəmmədov düz 15 il əvvəl prezident seçildiyini qeyd edərək, yorulduğuna eyham vurub.

“Düz 15 ildir ki, mən çox yüksək və çox məsuliyyətli -Türkmənistan prezidenti vəzifəsində çalışıram. Eyni zamanda, mən Türkmənistan Nazirlər Kabinetinin sədri, Dövlət Təhlükəsizlik Şurasının sədri, Türkmənistan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Türkmənistanın Xalq Məsləhəti Milli Şurasının sədri kimi fəaliyyət göstərirəm”, – deyə Berdiməhəmmədov bildirib-rəsmi açıqlamada deyilir.

O, iki il əvvəl peyğəmbərlik yaşına çatdığını və “bu gün özü haqqında gəldiyi çətin bir qərarı müzakirə etmək” istədiyini vurğulayıb.

“Ölkəmizin inkişafının yeni mərhələsində dövlət idarəçiliyinə gedən yolun mənəvi mühitdə və dövrümüzün yüksək tələblərinə uyğun tərbiyə almış gənc liderlərə verilməsi fikrini dəstəkləyirəm. Mən Xalq Məsləhətinin sədri kimi böyük həyat və siyasi təcrübəmi bundan sonra da bu sahəyə yönəltmək niyyətindəyəm”, – deyə Türkmənistan dövlət başçısı bildirib.

Bir müddətdir ki, Berdiməhəmmədovun hakimiyyəti sentyabrda 40 yaşı tamam olan və prezident olmaq üçün qanunla müəyyən edilmiş yaş həddinə çatan oğlu Serdar Berdiməhəmmədova ötürməyə cəhd edəcəyi ilə bağlı şayiələr dolaşır.

Serdar Berdiməhəmmədov keçən il baş nazirin müavini vəzifəsinə seçilib və hazırda bu, onun tutduğu bir neçə rəsmi vəzifədən biridir.

Xalq Şurasının iclasında iştirak edən Serdar Berdiməhəmmədov həm də ölkənin 2052-ci ilə qədər iqtisadi inkişaf planını təqdim edib.

Amma oğul Berdiməhəmmədov 30 illik planın təfərrüatlarına aydınlıq gətirmədiyi kimi ata Berdiməhəmmədov da nə vaxt istefa vermək niyyətində olduğunu açıqlamayıb.

Mənbə: AzadlıqRadiosu
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button