2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Berlin: Milad bazarında törədilmiş ölümlər “terror hücumudur”

Berlində təşkil olunan izdihamlı Milad bazarına yük maşınının girməsi nəticəsində 12 nəfər ölüb, 48 nəfər yaralanıb. Almaniya polisi hadisəni “mümkün terror hücumu” kimi araşdırır.

Hüquq-mühafizə orqanları sürücünü saxlayıb. Onun sığınacaq axtarmaq üçün Almaniyaya Pakistan və yaxud da Əfqanıstandan fevral ayında gəldiyi bildirilir.

Saxlanılan şəxsin xırda cinayətlərə görə polisə tanındığı qeyd olunur. Hərçənd ki, onun terrorçuluqla bağlı əlaqələri barədə məlumat yoxdu, Tagesspiegel nəşri yazır.

Saytların yığılması Saytlarin yigilmasi

“Breitscheidplatz-da baş verən mümkün terror hücumu ilə bağlı bütün polis tədbirləri sürətlə davam etdirilir”, – Berlin Polisinin Twitter hesabında deyilir.

Bundan əvvəl Almaniya daxili işlər naziri, Thomas de Maiziere deyib ki, “bir çox əlamətlər” hücumun bilərəkdən törədildiyinə işarə edir.

Polis tvit edib ki, yük maşının sürücüsü saxlanılıb və nəqliyyatda olan, milliyətcə polşalı olduğu aşkar edilən sərnişin aldığı xəsarətlərdən ölüb.

50-yə yaxın insan xəstəxanaya yerləşdirilib və onlardan azı dördü ağır xəsarətdən əziyyət çəkir.

Hadisə yerindən çəkilmiş videoda piştaxtaların dağıldığı və insanların yaralı halda yerə sərildiyi görünür.

Qəza törədən yük maşını Christmas ağacını sındırıb

Berlin polis sözçüsü Winfried Wenzel deyib ki, nəqliyyat vasitəsini sürən şəxs hadisə yerindən 2 kilometr uzaqlıqda saxlanılıb və dindirilib.

Maşının şəkildəki məlumatları onun Polşa qonşuluğunda qeydiyyatdan keçdiyini göstərir. Polis deyir ki, onun ordan oğurlandığı da ehtimal oluna bilər.

Ariel Zurawski, yük maşınının sahibi təsdiq edib ki, bazar ertəsi günortadan sonra onun sürücüsü ilə əlaqə yarada bilməyib.

“Biz bilmirik onun başına nə iş gəlib. O mənim əmimoğludur və mən onu uşaqlıqdan tanıyıram. Mən ona cavabdehəm.”

Bazar şəhərin qərbindəki əsas ticarət küçələrindən birinə yaxın yerləşir

Bu, terror hücumu idi?

Bundan əvvəl Alman polisi hadisə ilə bağlı bir çox məsələlərin açıq qaldığını bildirmişdi.

Daxili işlər naziri cənab de Maiziere ARD televiziyasına deyib: “Mən indi hadisəni “hücum” adlandırmaq istəməzdim, baxmayaraq ki, çoxları bu haqda belə danışır.

“Belə bir ifadənin işlədilməsinin bütün ölkəyə psixoloji təsiri var və biz daha çox ehtiyatlı olmaq və fərziyələrə deyil, real istintaq nəticələrinə əsasən hərəkət etmək istəyirik.”

Kansler Angela Merkel-in sözçüsü Steffen Seibert tvit edib: “Biz ölənlərə baş sağlığı verir və yaralıların çoxunun yardım alacağına ümid edirik.”

Almaniya prezidenti Joachim Gauck yaydığı bəyanatında deyib ki, bu bazar ertəsi “bütün Berlin və bizim ölkəmiz üçün ən dəhşətlisi oldu”.

Onlarla insan hadisə nəticəsində yaralanıb

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button