2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Berlində Azərbaycanlı siyasi məhbusların müdafiə aksiyası keçirilib

Bir qrup azərbaycanlı siyasi mühacir mayın 10-da Berlində Azərbaycan səfirliyi qarşısında “Qul bayramınız mübarək!” şüarı və bütün siyasi məhbusları azad etmək tələbi ilə etiraz aksiyası keçirib.

Saytların yığılması Saytlarin yigilmasi

Aksiya fəallar Bayram Məmmədov və Qiyas İbrahimovun həbsinin ildönümünə həsr olunub.

Bir il əvvəl onlar Bakıda Heydər Əliyevin abidəsinə “Qul bayramınız mübarək!” və “Rədd olsun sistem!” siyasi şüarları yazdıqdan sonra saxlanılıblar.

Aksiya iştirakçıları hər il mayın 10-da Heydər Əliyevin ad günündə hakimiyyətin keçirdiyi gül bayramını tənqid ediblər.

Onlar deyir ki, bu bahalı və mənasız bayram hər dəfə 50-60 mln. dollar büdcə vəsaitinin ölkə əhalisini həddindən artıq qıcıqlandırırdı.

Amma Qiyası və Bayramı narkotik ticarətində ittiham ediblər və hər birini 10 il müddətinə azadlıqdan məhrum ediblər.

Berlində aksiya iştirakçıları həmçinin aprelin 18-də Bakıda istintaq təcridxanasında vəfat etmiş bloger Mehman Qələndərovun qatillərinin cəzalandırılmasını tələb ediblər.

O da H.Əliyevin abidəsi qarşısında Məmmədov və İbrahimovla həmrəylik aksiyasından dərhal sonra narkotik maddələrin dövriyyəsi ittihamı ilə həbs olunub.

Berlində piket iştirakçıları ReAl hərəkatının lideri İlqar Məmmədovun portretlərini də qaldıraraq, Azərbaycan hakimiyyətini bütün siyasi məhbusları azad etməyə çağırıb.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button