2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

“Beş Göz” ittifaqı Əfqanıstandakı vəziyyəti müzakirə edib

ABŞ, Britaniya, Kanada, Avstraliya və Yeni Zelandiyanın daxil olduğu “Beş Göz” ittifaqının daxili işlər nazirləri çərşənbə günü Talibandan qaçan əfqanlar üçün təhlükəsiz və qanuni miqrasiya yollarının necə əlaqələndiriləcəyini müzakirə etmək üçün video-konfrans təşkil edib.

Britaniya rəsmiləri diqqətin əsasən NATO qüvvələri Əfqanıstana yerləşdirildiyi 20 il ərzində qərbin təhlükəsizlik qüvvələri ilə birlikdə işləyən Əfqanıstan rəsmilərinin və digər mülki şəxslərin çıxarılmasının təhlükəsizliyi və maddi-texniki çətinliklərinə yönəldiyini bildirib.

Görüş Fransa prezidenti Emmanuel Makronun Əfqanıstanda Fransa qüvvələrinə xidmət edən və ya ortaq olan əfqanları tərk etməyəcəyinə söz verməsindən bir neçə saat sonra baş tutub. Lakin o, Avropanın “özünü mühacir dalğasından qorumalı olduğunu” da əlavə edib.

Saytların yığılması Saytlarin yigilmasi

Fransa Prezidenti Emanuel Makron

Lakin Makronun “Avropa bu vəziyyətin nəticələrini təkbaşına öz üzərinə götürə bilməz” deməsi insan haqları qrupları və Fransanın bəzi solçu müxalifət liderlərinin tənqdinə səbəb oub. Onlar Əfqanıstanda baş verənlərdən, ölkədən qaçmaq istəyən ümidsiz əfqanların Kabil hava limanına axışaraq təyyarələrin təkərlərindən asılması fonunda Makronun dedilklərinin yersiz olduğunu deyib.

Qabaqda seçki ilə üzləşən Kanadanın Baş naziri Castin Trudo Makrondan fərqli bir çıxış edib. O, Kabildən gələn səhnələrdən “dəhşətə gəldiyini” və müttəfiqlərlə birlikdə evakuasiyanı davam etdirəcəyinə söz verib.

Kanada qüvvələri ilə birlikdə işləyən tərcüməçilər də daxil olmaqla, Əfqanıstandan 20 min nəfəri qəbul edəcəyini bildirib. Britaniya rəsmisinin Amerikanın Səsinə bildirdiyinə görə, Kanadanın daxili işlər naziri “Beş Göz” toplantısında 20 min əfqanı qarşıdan gələn 12 ay ərzində qəbul edəcəyini deyib.

Kanadanın Baş naziri Castin Trudo

Kanadanın Baş naziri Castin Trudo

Avstraliya aprel ayından bəri hərbi qüvvələri ilə işləyən 430 əfqanı ailələri ilə birlikdə ölkəyə qəbul edib. Ölkənin Baş naziri Skot Morrison çərşənbə günü bildirib ki, hökuməti bu il Əfqanıstandan müraciət edənlərə cəmi 3000-ə yaxın viza verməyi planlaşdırır. Morrison Avstraliyanın Kanada və ya Britaniyadakına bənzər proqram həyata keçirmək üçün “açıq planlarının” olmadığını deyib.

Yunanıstan da sığınacaq axtaran əfqanlar axınına hazır olmadığını bildirib. Yunanıstanın miqrasiya naziri Notis Mitaraçi ölkəsinin “Avropa Birliyinə gəlməyə cəhd edə biləcək qaçqın və miqrantlar üçün” Avropaya giriş yeri olmayacağını bəyan edib.

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button