SEÇMƏ

Beyləqanda bir ailənin 4 üzvünün qətli ilə bağlı detallar

Yayımlandı: 3 Dekabr 2022 19:20

Qətli törətməkdə şübhəli bilinən şəxsin ailəsi yaşadığı kənddən təxliyə edilib

Dekabrın 2-də Beyləqan rayonunun Tatallar kəndində bir ailənin dörd üzvünün qətli ilə nəticələnən hadisənin detalları məlum olub. Meydan TV-nin əldə etdiyi məlumata görə, baş verənlərin kökü 2009-cu ilə gedib çıxır.
Hadisə dekabrın 2-də axşam saat 22 radələrində baş verib. 56 yaşlı Nadir Quliyev və onun həyat yoldaşı, 51 yaşlı Tərgül Quliyeva yaşadıqları evdə, onların iki oğlu – 26 yaşlı Amin və 29 yaşlı Xəyal Quluzadələr isə qəbiristanlıqda odlu silahla qətlə yetirilib. Öldürülən qardaşlardan başqa, bu ailənin daha iki oğlu olduğu bildirilir. Hadisə vaxtı onlar Bakıda olub.

Baş Prokurorluğun Mətbuat xidmətindən Meydan TV-yə bildirilib ki, cinayəti törətməkdə şübhəli bilinən 1995-ci il təvəllüdlü Fuad Cəlilzadə saxlanılıb. Onun bir ailənin 4 üzvünü
aralarındakı düşmənçilik ədavətinə görə öldürdüyü iddia olunur.

Meydan TV-nin əldə etdiyi başqa bir məlumata görə, mərhum Nadir Quliyevin şikayəti əsasında Fuad Cəlilzadənin atası 6 il həbs həbsdə olub. O, həbsdən çıxandan sonra da qonşu ailələr arasında ədavət və düşmənçilik münasibətləri davam edib.Sonda ədavət dekabrın 2-də belə ağır cinayətlə nəticələnib.
Hadisənin genişlənməməsi və təhlükəsizlik tədbirləri nəzərə alınaraq qətli törətməkdə
şübhəli bilinən Fuad Cəlilzadənin ailəsi yaşadığı kənddən təxliyə edilib. Ailə ilə əkaqə saxlamaq mümkün olmayıb.

Bir neçə gün öncə də oxşar hadisə baş verib. Noyabrın 29-da Bakının Buzovna qəsəbəsində 1939-cu il təvəllüdlü Elbrus Muradov, onun həyat yoldaşı – 1945-ci il təvəllüdlü Şahirə Muradova, oğlu – 1971-ci il təvəllüdlü Rahil Muradov qətlə yetirilmiş, nəvəsi – 1997-ci il təvəllüdlü Elbrus Ağalarov isə yaralanmışdı. Hadisəni törətməkdə şübhəli bilinərək saxlanılaraq saxlanılan isə ailənin keçmiş kürəkənidir.

2022-ci ilin fevralında Bakının Nizami rayonunda da ana və iki övladının qətlə yetirildiyi ağır cinayət hadisəsi baş vermişdi. Həmin cinayətə görə hazırda məhkəmə prosesi gedir. Təqsirləndirilən şəxs qismində məhkəmə qarşısında dayanan şəxs isə qadının bacısının keçmiş həyat yoldaşıdır. Keçmiş məktəb direktoru və müəllim olan bu şəxsin qətli tamah məqsədilə törətdiyi, onun ailənin mənzil almaq üçün pul toplaması haqda öncədən məlumatlı olduğu bildirilir. Lakin özü bu ittihamı rədd edir, işgəncə altında etiraf ifadəsinə imza atdığını deyir.

Meydan TV

Gözdən qaçırmayın:  İntim videosu yayılan polkovnikin işində FHN də zərərçəkəndir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button