2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
İqtisadiyyat

BeynəIxalq Bank özəlləşmə üçün hazırlanır

Azərbaycan Beynəlxalq Bankının (ABB) özəlləşdirilməsi bu il baş tutmayacaq.

Maliyyə Bazarlarına Nəzarət Palatasının sədri Rüfət Aslanlı bunu “Reuters”ə müsahibəsində bildirib.

R.Aslanlı qeyd edib ki, aktivlərinə görə Azərbaycanın ən iri bankı olan ABB özəlləşdirmə üçün hazırlanır. “Hökumət ABB-nin problemlərinin əksəriyyətini həll edib, lakin özəlləşdirmə prosesi müəyyən vaxt aparır və özəlləşdirmə bu il real deyil”.

Saytların yığılması Saytlarin yigilmasi

R. Aslanlı bildirib ki, artıq banklar “üzən məzənnə” rejiminə uyğunlaşıblar: “Bankların yeni reallıqlara uyğunlaşdırılması bitib və biz təkmilləşdirmələrə başlanması haqda danışa bilərik”.

Palatanın sədri vurğulayıb ki, bütün digər banklar kapital tələblərinə cavab verir və hər hansı bankın bağlanması gündəmdə deyil: “Bu il on kommersiya bankı lisenziyasını itirib. ABB və “Bank Standard” “reabilitasiya” altındadır”.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button