Now Reading:
''Beynəlxalq Bankının bu səviyyəyə düşməsində açıqlanmayan səbəblər var''”

''Beynəlxalq Bankının bu səviyyəyə düşməsində açıqlanmayan səbəblər var''”

”Fitch” ABB-nin reytinqini məhdud defolt səviyyəsinədək endirib

“Fitch” beynəlxalq reytinq agentliyi Azərbaycan Beynəlxalq Bankının xarici valyutada emitentin uzunmüddətli defolt reytinqini “CCC” səviyyəsindən “RD” (məhdud defolt) səviyyəsinədək endirib.

Agentlik yazır ki, qısamüddətli reytinq “C” səviyyəsindən “RD” səviyyəsinədək salınıb. Hər iki reytinq RWE (yenidən baxılma) siyahısından çıxarılıb.

Bankın dayanıqlılıq reytinqi “f” səviyyəsində saxlanılıb. Verilən dəstək “5” səviyyəsində təsdiqlənib.

Reytinqin endirilməsi bankın elan etdiyi restrukturizasiya planı ilə əlaqədardır. “Fitch”in meyarlarına əsasən, restrukturizasiya ümidsiz borcların mübadiləsi deməkdir.

Maliyyə nazirinin müavini Azər Bayramov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsinin ötən gün keçirilən iclasında deyib ki, əhalinin əmanətləri ilə bağlı heç bir problem yoxdur. Keçən il əmanətlərin sığortalanması məbləğinə tətbiq olunan məhdudiyyətlər də aradan qaldırılıb. Bütün əmanətlər, o cümlədən dövlət bankı olan ABB-də sığortalanır.

Azər Bayramov hesab edir ki, dondurulma sırf xarici kreditlərlə bağlıdır və bu məsələlərlə bağlı xarici investorlarla müzakirələr gedir. Əhalinin əmanətləri ilə bağlı proseslər öz qaydasında gedir.

AXCP sədrinin müavini Məhəmməd Talıblı Meydan TV-yə deyib ki, Azərbaycan Beynəlxalq Bankının (ABB) bu səviyyəyə düşməsində açıqlanmayan səbəblər var.

“Əvvəla əmanətlərin verilməsi üzrə qanunvericiliyin tələbləri var. Çünki Beynəlxalq Bank Əmanətlərin Sığortalanması Fondunun üzvüdür. Bankda sığorta hadisəsi baş verdikdə Fond qanunla müəyyən edilmiş məbləğdə kompensasiya ödəyir. Qanunvericliyin tələbləri baxmından bank fiziki şəxslərin əmanətlərinə zəmanət verib. Lakin bununla belə korporativ depozitlərə və istiqrazlara zəmanət nəzərdə tutulmayıb”.

Məhəmməd Talıblı deyir ki, qiymətli kağızlarla bağlı risklərdən söhbət gedə bilər: 

Məhəmməd Talıblı
Məhəmməd Talıblı.

“Əmanətlərin qaytarılması ilə bağlı hətta heç bir problemin olmaması onu deməyə əsas vermir ki, Beynəlxalq Bankın maliyyə vəziyyəti yaxşıdır. Maliyyə öhdəliklərində yaranmış problemlər və dövlət zəmanəti ilə bağlı alınmış kreditlərin ağırlığı başqa dərddir. Bank həm kreditlər, həm də əmanətlər üzrə ən ağır gücü olan bank institutudur. Bazar payı olduqca çoxdur”. 

M. Talıblı deyir ki, bankçılıq aspektindən yanaşsaq, ABB dövlət içində dövlət kimi nəhəng maliyyə insitutudur. Təhlillər göstərir ki, BB-ın ən toksit kreditləri 2016-cı ildə daha qabarıq formada müşhidə edilməyə başlayıb: 

“Çünki, 2014-cü ildə problemli kreditlər heç ikirəqəmli deyildi. Sonradan həmin rəqəm 9 dəfəyədək artdı. Mənim qənaətimə görə, Beynəlxalq Bankın bu cür faciəvi duruma düşməsinin gerçək səbəblərinin hamısı açıqlanmayıb. Cəmi iki il bundan öncə BB-ın ümumi depozit portfeli 6 milyard təşkil edildiyi bankın sonradan 10 milyard manatdan artıq vəsaitin hara xərclənməsi, əlavə borcların artması, problemli kreditlərin verilməsi yox, məhz hara gəldi paylanması heç bir məntiqə sığmır”.

24saat.org

Mənbə – www.meydan.tv

Input your search keywords and press Enter.