2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Beynəlxalq hüquq müdafiə təşkilatları COP29 ərəfəsində Azərbaycanda insan hüquqlarına diqqəti artırmağa çağırırlar

“Biz, aşağıda imzaları olan vətəndaş cəmiyyəti təşkilatları, hərəkatlar, qruplar və ayrı-ayrı şəxslər, BMT-nin 11-22 noyabr 2024-cü il tarixlərində Bakıda keçiriləcək İqlim Konfransı (COP29) ərəfəsində Azərbaycanda insan hüquqları ilə bağlı ciddi problemlərin həll edilməsi zərurətini vurğulayırıq”, bu barədə 30 beynəlxalq hüquq müdafiə təşkilatının birgə bəyanatında deyilir.

Azərbaycan hakimiyyəti müstəqil vətəndaş cəmiyyətini və tənqidi səsləri çoxdan boğur. Belə bir vəziyyətdə COP29 kimi tədbirin keçirilməsi ekoloji fəallar, hüquq müdafiəçiləri və jurnalistlər də daxil olmaqla, vətəndaş cəmiyyətinin konfransdan əvvəl, konfrans zamanı və ondan sonra sərbəst və təhlükəsiz fəaliyyət göstərmək imkanları ilə bağlı ciddi narahatlıq doğurur.

Hüquq müdafiə qruplarının qiymətləndirmələrinə görə, yüzlərlə insan siyasi motivli ittihamlarla həbsdədir. Həbs dalğası davam edir, onlarla fəal və KİV nümayəndəsi əsassız cinayət ittihamları ilə həbs olunub, deyə bəyanatda bildirilir.

Saytların yığılması Saytlarin yigilmasi

Təqib olunanlar arasında məşhur alim və Azərbaycanın neft-qaz sahəsi üzrə ixtisaslaşan korrupsiyaya qarşı mübarizə eksperti Qubad İbadoğlu da var.

Daha bir nümunə məşhur insan hüquqları müdafiəçisi Anar Məmmədlinin işidir.

Abzas Media, Toplum TV və Kanal 13 – Azərbaycanda sonuncu müstəqil KİV-lərlə əlaqəsi olan ən az 18 jurnalist və digər şəxslər ya həbsdədir, ya da əsassız cinayət təqibinə məruz qalır.

Avqustun 21-də hakimiyyət Praqada Karlov Universitetinin aspirantı və çoxsaylı beynəlxalq və regional nəşrlərin və KİV-lərin daimi müəllifi Bəhruz Səmədovu dövlətə xəyanət ittihamı ilə həbs edib.

İyulun 22-də daha bir araşdırmaçı – İqbal Ağazadə uydurma dövlətə xəyanət ittihamı ilə həbs edilib.

BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Folker Tyurk 2024-cü ilin iyununda BMT-nin İnsan Hüquqları Şurasına müraciətində Azərbaycana xüsusilə toxunaraq, “Azərbaycan hakimiyyətini bütün jurnalistlərin və qanunsuz olaraq azadlıqdan məhrum edilmiş digər şəxslərin işlərinə beynəlxalq hüquqa uyğun olaraq yenidən baxmağa” və onları dərhal azad etməyə çağırıb.

Azərbaycan hökuməti indiyədək bunu və beynəlxalq tərəfdaşlarının çoxsaylı bənzər çağırışlarını eşitməkdən imtina edir. Azərbaycanda insan hüquqları sahəsində ağır vəziyyət BMT-nin İqlim Dəyişikliyi haqqında Çərçivə Konvensiyasının Katibliyinin və üzv dövlətlərin üzərinə vətəndaş cəmiyyətinin COP29-da iştirakı üçün təhlükəsiz mühiti təmin etmək üçün konkret addımlar atmaq öhdəliyi qoyur.

“Biz BMT-ni və üzv dövlətləri Azərbaycan hökumətinə, o cümlədən qanunsuz saxlanılmış fəalları və hüquq müdafiəçilərini dərhal və qeyd-şərtsiz azad etməklə, insan hüquqları sahəsində öhdəliklərinə riayət etməsi üçün təzyiq göstərməyə çağırırıq. Onlar həmçinin Azərbaycan hakimiyyətini QHT və KİV-lərin fəaliyyətini tənzimləyən qanunlara düzəlişlər də daxil olmaqla, konkret struktur islahatları aparmağa çağırmalıdırlar.

Biz Azərbaycan hakimiyyətini:

1. Siyasi motivlərlə qanunsuz olaraq saxlanılan bütün hüquq müdafiəçilərini, jurnalistləri və vətəndaş cəmiyyəti fəallarını dərhal və qeyd-şərtsiz azad etməyə və onlara qarşı saxta ittihamları ləğv etməyə;

2. Hökumət tənqidçilərinin və vətəndaş cəmiyyəti üzvlərinin sıxışdırılması vasitəsi kimi cinayət təqibindən istifadəyə son qoymağa;

3. Qeyri-hökumət qruplarının və KİV-lərin qeydiyyatı və maliyyələşdirilməsi ilə bağlı qanunlara düzəliş etməklə və onları beynəlxalq standartlara və Avropa Şurası Venesiya Komissiyasının tövsiyələrinə uyğunlaşdırmaqla, vətəndaş cəmiyyəti üçün əsassız məhdudiyyətləri aradan qaldırmağa çağırırıq.

BMT-yə üzv dövlətlər və təşkilatın Katibliyi, həmçinin Avropa İttifaqı, Avropa Şurası, ATƏT, Avropa Yenidənqurma və İnkişaf Bankı və Dünya Bankı qrupu, həmçinin Azərbaycanda biznes maraqları olan şirkətlər Azərbaycanın müstəqil vətəndaş cəmiyyəti ilə möhkəm həmrəylik nümayiş etdirməlidirlər. Bir çox vətəndaş subyektləri böyük şəxsi riskə məruz qalsalar da, insan hüquqları və ölkədə və regionda iqlim ədaləti uğrunda mübarizə aparmaqda davam edirlər, deyə bəyanatda qeyd edilir. Bəyanatı aşağıdakı təşkilatlar imzalayıb:

Amerika Tərəqqi Mərkəzi, Jurnalistləri Müdafiə Komitəsi, FIDH (İnsan Hüquqları uğrunda Beynəlxalq Federasiya), Freedom Now, Henrix Boyl Fondu, İnsan Hüquqları Fondu, Human Rights House,  Human Rights Watch, İnsan Hüquqları naminə Beynəlxalq Tərəfdaşlıq, Təbii Resursları İdarəetmə İnstitutu, Norveç Helsinki Komitəsi, PEN America,  PEN International, People in need, Sərhədsiz Reportyorlar, İşgəncələr Əleyhinə Ümumdünya Təşkilatı (OMCT) və s.

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button