Siyasət

Beynəlxalq Qızıl Xaç Komitəsinin maşınları Laçın-Xankəndi yolundan keçib

Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində yüklər daşıyan Beynəlxalq Qızıl Xaç Komitəsinin maşınları Laçın-Xankəndi yolundan keçib.

“Report”un əraziyə ezam olunmuş əməkdaşı xəbər verir ki, maşınlara vizual baxış keçirildikdən sonra onların keçidi təmin olunub. Hazırda 1 maşın əraziyə yük daşıyır.

Bundan başqa, 3 minik maşını ərazidən keçir.

Bununla paralel olaraq Ağdam – Xankəndi yolu vasitəsilə də Qarabağa ərzaqlar daşınır.

Qeyd edək ki, sülhməramlıların müvəqqəti yerləşdiyi Laçın – Xankəndi va Ağdam – Xankəndi yolu vasitəsilə əraziyə ərzaqların daşınması barədə sentyabrın 1-də razılıq əldə olunub.

Mənbə:Report

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button