2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Beynəlxalq aləm Tofiq Yaqublunu azad etməyə çağırır

AXCP sədri Əli Kərimli

İlham Əliyevin müxalifəti düşmən elan etdiyi Novruz çıxışı ABŞ-ın beynəlxalq münasibətlər üzrə ən nüfuzlu dərgisi olan Foreign Polisy (Xarici Siyasət) dərgisində

Saytların yığılması Saytlarin yigilmasi

ALDE Tofiq Yaqublunun həbsini pisləyir

“Foreign Polisy” dərgisinin “Koronavirus dövründə avtoritarizm” adlı məqaləsində bütövlükdə avtoritar rejimlərin koronavirusla mübarizədən müxalifəti daha da sıxışdırmaq, hüquq və azadlıqları daha da məhdudlaşdırmaq üçün sui-istifadə etməsindən bəhs olunur. Avtoritarizmin koronavirus təhlükəsindən öz rəqiblərinə qarşı istifadə etməsinin parlaq nümunəsi kimi İlham Əliyevin məlum “Novruz çıxışı” göstərilib. Məqalədə deyilir:
“Azərbaycanda prezident Əliyev Novruz bayramı ilə bağlı çıxışında müxalifəti 5-ci kolon adlandırıb, onları təcrid etdirəcəyilə hədələyib: “Bu xəstəlik dövründə tamamilə yeni münasibətlər qaydaları mövcud olacaqdır. Hər kəs bunu bilsin və istisna edilmir ki, nə vaxtsa fövqəladə vəziyyət də elan oluna bilər. Belə olan halda, bu beşinci kolonun nümayəndələrinin təcrid edilməsi artıq tarixi zərurət olacaq.”
Məqalədə o da vurğulanır ki, “pandemiya uzunmüddətli perspektivdə avtoritar liderləri sarsıdacaq. Ona görə ki, belə rejimlərin günah keçisi axtarışları effekt verməyəcək və insanlar işlək demokratik institutları qiymətləndirəcək. Lakin qısamüddətli perspektivdə avtoritar liderlər öz legitimliklərini itirdikcə koronavirusla bağlı görülən fövqaladə tədbirlərdən istifadə edərək, avtoritar praktikalarını ikiqat artıracaqlar.”

Bu arada Avropa Liberal-Demokrat Alyansı Tofiq Yaqublunun həbsi ilə bağlı açıqlama yayıb.
Açıqlamada deyilir ki, İlham Əliyevin COVİD-19-la mübarizədən istifadə edərək müxalifəti bitirmək istəyini ifadə etməsindən sonra müxalifət liderlərindən biri, Milli Şura Koordinasi Mərkəzinin və Müsavat partiyasının üzvü, keçmiş siyasi məhbus Tofiq Yaqublu həbs olunub.

Beynəlxalq İnsan Hüquqları Evləri Fondu da koronavirus pandemiyası şəraitində Azərbaycanda insan hüquqları sahəsində vəziyyətlə bağlı bəyanatında Azərbaycan hakimiyyətini “hüquqların pozulması üçün COVİD-19-dan istifadə etməməyə” çağırıb. Bəyanatda deyilir: “Prezident Əliyev Novruzla əlaqədar bayram nitqində hakimiyyətin COVİD-19 böhranından satqın və “beşinci kolon” adlandırdığı müxalifətin “təcridi” üçün istifadə etdiyini anons edib. Bu dil hakimiyyətin 2014-cü ildə tənqidi səslərə qarşı geniş miqyaslı repressiyalar zamanı istifadə etdiyi dilə çox bənzəyir.”
Bəyanatda müxalifət liderlərindən biri olan Tofiq Yaqublunun və hüquq müdafiəçisi Elçin Məmmədin əsassız həbsləri, karantin qaydalarını pozmaq bəhanəsilə inzibati qaydada həbslər pislənilir.

Gördüyünüz kimi, İlham Əliyevin uğursuz Novruz çıxışına və Tofiq bəyin həbsinə beynəlxalq reaksiyalar səngimir. Hökumət hər iki məsələdə səhvini düzəltməli, “nifrət çıxışından” imtina edib, Tofiq bəyi və digər siyasi məhbusları azad etməlidir.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button