2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Beynəlxalq Bank defolta gedərkən 900 milyon dollar da borclanıb

Azərbaycan Beynəlxalq Bankı (ABB) Qazaxıstanda yüz milyonlarla dollar qazanmaq istəyəndə əks istiqamətə, İrlandiyaya yol alıb. Niyəsindən «Bloomberg» agentliyi yazır.

Məsələ bundadır ki, ABB Dublində mənzillənən qaranlıq müəssisələrdən yararlanaraq istiqraz satıb və bunları da Qazaxıstandakı dövlətə bağlı fondlar alıb. Bu, 3 il öncə baş verib. İndi ABB defolt üzrədir, keçmiş rəhbəri mənimsəmə ittihamıyla həbsdədir. Almatıdakı 22 milyard dollarlıq pensiya fondu isə həmin investisiyanı araşdırmaqla məşğuldur.

Saytların yığılması Saytlarin yigilmasi

«DƏRS ÇIXARIN»

«Bloomberg» yazır ki, bu uğursuz yatırım Dublinin keçmiş Sovet İttifaqından qaynaqlanan maliyyə sövdələşmələrindən ötrü qovşaq roluna diqqət çəkmiş olur. Bu sövdələşmələr zəif tənzimlənən xüsusi təyinatlı şirkətlər – (SPV) vasitəsilə gerçəkləşdirilir.

Tənqidçilər SPV-lər altında riskin yatdığını, üstəlik, onların nəzarətdən kənar qaldığını deyirlər. Bir sıra Rusiya bankları bu strukturlar vasitəsilə borc alıblar, sonradan həmin banklar pis idarəçilik, bəzi hallarda korrupsiya və mənimsəmə ittihamlarıyla üzləşiblər.

«İrlandiya hakimiyyəti ABB-nin bu kapital qoyuluşunu diqqətlə yoxlamalıdır. İrlandiya Mərkəzi Bankı ABB, eləcə də İrlandiya platformalarında alver edən Rusiya, digər keçmiş SSRİ qurumlarıyla bağlı qalmaqallardan dərs çıxarmalıdır», – Kaliforniyada İrlandiya iqtisadiyyatını öyrənən maliyyə professoru Constantin Gurdgiev deyir.

Birja

Birja

900 MİLYON DOLLARLIQ BORC

İrlandiya Mərkəzi Bankının sözçüsü Katie Philpott agentliyə bildirib ki, bank SPV istiqraz sövdələşməsiylə bağlı gələcəkdə qanun çərçivəsində məlumat verilməsinin perspektivlərini araşdırır. Onun sözlərinə görə, belə açıqlamaların düzgünlüyünə SPV direktorları məsuliyyət daşıyacaq.

İrlandiya SPV-lərin qlobal qovşağının yaradılması məqsədilə vergi qanunvericiliyinə dəyişiklik edib. Bu agentlərin heç bir işçisi olmur, korporasiyalar adından borc götürülməsində istifadə edilirlər. Şirkətlər bu ölkədə sürətlə SPV yarada bilirlər. Bundan qazanılan kiçik gəlirlər vergiyə düşmür. Borclar isə bəzən İrlandiya Səhm Birjasına çıxarılır. Ötən il yerli şirkətlər bu sənayedən 224 milyon avro qazanc əldə ediblər.

Ancaq 2015-ci ildə SPV-lərdən ötrü hesabatlılıq tələbləri gücləndirilib.

ABB 2007-ci ildən bəri Dublindəki «Rubrika Finance Co. DAC» və «Emerald Capital DAC» SPV-ləri vasitəsilə 900 milyon dollarlıq borc götürüb. Bu sövdələşmələri «JP Morgan Chase&Co.» və «Citigroup Inc.» təşkil edib. Bu borcun 300 milyon dollarının ödəniş vaxtı artıq bitib.

QAZAXISTANA ÖDƏNƏN BORC DA VAR

«JP Morgan» və «Citigroup» bu haqda açıqlama verməyiblər. İrlandiya Bankının sözçüsü K.Philpott deyib ki, «Rubrika»nın borclarından birinə nəzarət orqanının icazəsi gərək olmayıb, çünki Avropa Birliyi ərazisində birjaya da salınmayıb.

ABB isə cümə günü bildirib ki, 3.3 milyard dollarlıq restrukturizasiya planına dəyişiklik etməyə razılaşıb. Yenilənmiş şərtlər iyunun 19-da açıqlanacaq. Bəzi kreditorlar bankın açıqladığı plana qarşı çıxmışdı.

Almatıda Vahid Pensiya Yığımı Fondunun banneri

Almatıda Vahid Pensiya Yığımı Fondunun banneri

Qazaxıstanın dövlət pensiya fondu isə ABB səhmlərinə yatırdığı 250 milyon dollarlıq itkiylə barışa bilmir. Yatırım 2014-cü ilin sonunda, neftin qiymətlərinin düşdüyü bir vaxtda, «Emerald Capital»la sövdələşmə çərçivəsində gerçəkləşdirilib. Parlamentdə iki fraksiya investisiya qərarını verənlərin məsuliyyətə cəlb olunmasını tələb edir.

Ancaq bəxti gətirən sərmayəçilər də var. 2016-cı ildə bank Qazaxıstan İnkişaf Bankına 198 milyon dollarlıq borcunu ödəyib. Borc «Rubrika Finance» SPV-si vasitəsilə 2013-cü ildə alınmışdı.

ABB-YƏ NİYƏ BORC VERİBLƏR

Azərbaycan Maliyyə Nazirliyinin sözçüsü ABB-nin İrlandiyada SPV-lərdən istifadəsi barədə sualı cavablandırmayıb.

«ABB heç vaxt davamlı biznes modelli, yaxşı idarə olunan bank sayılmayıb. Xarici investorlar ABB-yə kvazisuveren olduğuna görə borc veriblər», – «Landesbank Berlin Investment GmbH»də 12 milyard avroya nəzarət edən Lutz Roehmeyer agentliyə deyib.

Roehmeyer-in Berlində mənzillənən şirkətinin də ABB-də istiqrazları var, «Rubrika» SPV xəttiylə alınıb. Onun şirkəti Dublində mənzillənən «TFB Finance Ltd.» SPV-si vasitəsilə Rusiyanın «Tatfondbank PJSC» bankına da borc verib. Həmin bank bu ilin əvvəlində fırıldaq ittihamlarıyla iflasa uğrayıb.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button