2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Beynəlxalq Bank manatın taleyi ilə oynayır – dollar yenidən bahalaşacaq

Xəbər verdiyimiz kimi, Azərbaycan Beynəlxalq Bankının (ABB) xarici borcunun müəyyən hissəsi dövlətə ötürülür. Bununla bankın sağlamlaşdırılmasının növbəti mərhələsinə başlanılıb.
Millət vəkili Vahid Əhmədov bildirib ki, bank özəlləşdirilməyə hazırlanır və buna görə də onun aktivlərində passiv aktivlər olmasın deyə bu addımlar atılır:
“Məsələ ondan ibarətdir ki, səhmlərinin 51%-i dövlətə məxsus olsa da, vaxtında bankın üzərində lazımi nəzarət olmayıb. Bir nəfəri cinayət məsuliyyətinə cəlb ediblər. Amma faktiki qalan şəxslər kənarda qalıb. Bu gün bankın sağlamlaşdırılması əziyyəti yenidən dövlətin, əhalinin üzərinə düşür”.

“Söhbət 6 milyard manatdan gedir”

Saytların yığılması Saytlarin yigilmasi

Millət vəkili bildirib ki, Beynəlxalq Bankda yaranan vəziyyət dövlət üçün çox böyük problemdir. Bankın aktivlərinin dövlət büdcəsi hesabına sağlamdırılırması maliyyə sisteminə təsir göstərəcək. Amma bankı hazırki vəziyyətdə saxlamaq da düzgün deyil: “Bankın sağlamlaşdıırılması düzgün qərardır”.
Bankın sağlamlaşdırılmasına ayrılan vəsaitlərin həcminə gəlincə, V. Əhmədov bu yardımın məbləğinin açıqlanmadığı deyib:
”Amma söhbət yəqin ki, milyardlarla manatdan gedir. Beynəlxalq Bankın passiv aktivlərinin “Aqrar Kredit”ə verilərkən orada söhbət təxminən 6 milyard manatdan gedirdi. Sonra 3 milyard manat ötürüldü, 3 milyardı qaldı. Hesabatlar hamısı Maliyyə Nazirliyi tərəfindən həyata keçirilir. İndi həmin vəsaitləri dövlət məcburdur ki, müəyyən qədər öhdəsindən gəlsin”.

Dollar 2 manata çatacaq

Sağlamlaşdırılma üçün büdcədən Beynəlxalq Banka vəsaitlər ayrılması manatın sentyabr ayında dolların yenidən əvvəlki səviyyəsinə qaytara bilər. V.Əhmədov deyib ki, istənilən halda maliyyə bazarında belə bir vəziyyət yarananda, müəyyən qədər iri valyutalar bazara buraxılanda milli valyutaya da təsirsiz ötüşmür.
Hazırda idxalın azaldılması ilə ticarət dövriyyəsində müsbət saldo yaranıb. Müəyyən qədər manat qıtlığı yaratmaqla məzənnəni saxlamaq mümkün olub. Sentyabr ayından sonra bunu etmək daha çətin olacaq. Çünki elə məhsullar var ki, real sektorun inkişafı üçün Azərbaycan onu idxal etməyə məcburdur. Yəqin ki, manatın məzənnəsində hazırkı stabillik 2-3 ay davam edəcək:
“Hesab edirəm ki, manat yenidən müəyyən həddə qədər ucuzlaşacaq. 2 manat həddinə yenidən yaxınlaşacaq. Ümumiyyətlə 2017-ci il ağır ildir. Ona görə ki, müəyyən istehsal sahələri yaradılır, kənd təsərrüfatına sərmayələr qoyulur. Bunların bəhrəsini isə 2018-2019-cü illərdə görəcəyik”.

Fins.az

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button