2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
İqtisadiyyat

Beynəlxalq Bank özəlləşir

Novruz Məmmədovun rəhbərliyi ilə iclas keçirilib

Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədovun rəhbərliyi ilə aidiyyəti qurumların (İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Ədliyyə Nazirliyi, Dövlət Gömrük Komitəsi, Əmlak Məsələləri Dövlət Komitəsi, Bakı Nəqliyyat Agentliyi, Aqrarkredit QSC, Azərbaycan Sənaye Korporasiyası ASC) rəhbərlərinin iştirakı ilə “Aqrarkredit” QSC tərəfindən Azərbaycan Beynəlxalq Bankından alınmış problemli aktivlərin (borcların) əvəzində əldə edilmiş nəqliyyat vasitələrinin səmərəli istifadə məsələsi müzakirə edilib.

Nazirlər Kabinetinin Mətbuat xidmətindən verilən məlumata görə, iclasda “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli 570 nömrəli fərmanının icrasının təmin edilməsi istiqamətində müzakirələr aparılıb və aidiyyəti qurumların rəhbərlərinə konkret tapşırıqlar verilib.

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button