2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Beynəlxalq Bankın lisenziyası ləğv edilə bilər

beynel-bankHökumətin bankla bağlı restrukturizasiya planı xarici kreditorları qəzəbləndirib

Bu barədə ABŞ mətbuatı “Bloomberg” yazıb.

Saytların yığılması Saytlarin yigilmasi

Məqalədə bildirilir ki, Azərbaycan Beynəlxalq Bankı 3.3 milyard dollarlıq öhdəliklərinin dövlət istiqrazları və ABB-nin öz istiqrazları ilə əvəzlənməsini təklif edib. Təklifin qüvvəyə minməsi üçün zərər görmüş kreditorların üçdə ikisi təkliflər planını təsdiqləməlidir. Azərbaycan tərəfi restrukturizasiyanı avqustun 24-də bitirmək istəyir.

Kreditorlara xəbərdarlıq edilib ki, borclarının 20 faizini güzəştə getməsələr, bank bağlana bilər. Azərbaycan maliyyə naziri Samir Şərifov isə deyib ki, Beynəlxalq Bankın borclarına tam dövlət zəmanəti yoxdur.

“Kreditorlar hökumətin restrukturizasiya planı ilə bağlı çox qəzəblidir”, – ABB-nin istiqrazlarına malik “Landesbank Berlin Investment”-in meneceri Lutz Roehmeyer deyib. O, təklifin əleyhinə səs verəcəyini bildirib. “Bu təkliflər planı hökumətin borcu tam ödəmə imkanına malik olduğu halda ödəmədən qaçdığının göstəricisidir. Maliyyələşmə Azərbaycana uzun müddətə daha baha başa gələcək.”

ABB-nin əsas kreditoru 1 milyard dollarlıq depozitlə Azərbaycan Dövlət Neft Fondudur (SOFAZ). Bu o deməkdir ki, təklif olunan restrukturizasiya planına lazım olan dəstəyin üçdə biri indidən hazırdır.

Bankın cəlb etdiyi “Lazard” konsaltinq şirkətinin məsləhətçisi Erik Lalo qeyd edib ki, Beynəlxalq Bank 100 mln. dollarlıq subordinasiya kreditini onun 50%-i dəyərində olan yeni dövlət istiqrazları ilə əvəz etmək istəyir. Bank 2.4 milyard dollar borclu olduğu əsas kreditorlara 20 faiz endirim şərtilə yüksək faizli yeni ABB istiqrazları və ya uzunmüddətli dövlət istiqrazları təklif edir. ABB ticari kreditləşmə çərçivəsində kreditorlardan aldığı 861 mln. dollarlıq borcun 21%-ni 3 aylıq, 79%-i isə 4 illik istiqrazla əvəzləməyi təklif edir.

Beynəlxalq Maliyyə Fondunun araşdırmasına görə borc restrukturizasiyasının bazara yenidən giriş əldə etmə şərtləri üzərində uzunmüddətli və ciddi təsirləri mövcuddur: borc endirimi nə qədər böyük olsa, gələcəkdə borclanma xərcləri də o qədər çox olacaq. Vaxt ötdükcə təsirlər azalır, ancaq restrukturizasiyasadan sonrakı ilk altı ildə təsirlər böyük ölçüdədir.

Borcların restrukturizasiyası məcmu dövlət borcunu 2,34 mlrd. dollar artıracaq, borcun ÜDM-ə nisbəti 6% artaraq 27%-ə çatacaq.

“Biz istərdik ki, bu restrukturizasiya planı mümkün qədər tez təsdiq edilsin”, –  Maliyyə Bazarlarına Nəzarət Palatasının sədri Rüfət Aslanlı deyib. Əks halda tənzimləyici orqan müvəqqəti rəhbərlik, aktivlərin transferi və lisenziyann ləğvini özündə ehtiva edən seçimə üstünlük verə bilər.

Hökumətin bankın 10 mlrd. dollarlıq zərərli aktivlərini alması və likvidliyi təmin etmək üçün 1.3 mlrd. dollarlıq depozit yerləşdirməsi belə bankın maliyyə vəziyyətinin pisləşməsinin qarşısını ala bilməyib. Keçən ilin axırı bank 2.8 milyardlıq xarici valyuta kəsrinə və yalnız 509 mln. dollarlıq likvidlik buferinə sahib olub.

2017-ci ilin birinci yarısında ABB-yə 381 mln. manat həcmində əlavə rezervin yerləşdiriləcəyi gözlənilir. Restrukturizasiya planı təsdiqlənsə, əlavə 4 mlrd. manatlıq zərərli aktivlər dövlətin hesabına köçürüləcək.

Erik Lalo və Samir Şərifov jurnalistlərə məlumat verib ki, bank 625 mln. dollarlıq əsas öhdəliklərini 20 faiz endirimlə 12 illik, qalanını isə endirim olmadan 15 illik dövlət istiqrazları ilə əvəz edəcək. Azərbaycan Neft Fondu isə 1 mlrd. dollarlıq depoziti 2024-cü ilə qədər müddəti olan ABB-nin yeni istiqrazlarına dəyişəcək.

Şərifov həmçinin deyib ki, hökumət bankı “mümkün qədər tez bir zamanda” özəlləşdirməyi planlaşdırır, ancaq bu, 2018-ci ildən tez olmayacaq. Daxili yenidənqurmanın tərkib hissəsi olaraq, ABB Rusiya və Gürcüstan filiallarını da əldən çıxarmaq istəyir.

“Kreditorların borc güzəştinə məcbur edildiyini görmək məyusedicidir, mən bunu gözləmirdim”, – Beynəlxalq Bankın istiqrazlarına sahib “Allianz Global Investors”-un baş investisiya direktoru Qreq Sayçin deyib. O bildirib ki, bankın və hökumətin etdiyi qənaət minimaldır və bu məbləğ kreditorları itkiyə məruz qoyaraq hökumətin reputasiyasını korlamasına dəyməz. Bu işin öhdəsindən başqa cür gəlmək mümkün olduğu halda hökumət bu addımı ilə gələcək borclanmalarını bahalaşdıracaq.”

İlkin

 

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button