2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Beynəlxalq Bankın məhkəməyə müraciəti Azərbaycan iqtisadiyyatına etibarı zədələyir

Image result for global risk insights

Siyasi risklərə dair xəbər və analizlər üzrə dünyanın ən nüfuzlu nəşri, “Global Risk Insights” (GRI) Azərbaycan Beynəlxalq Bankının üzləşdiyi maliyyə çətinliklərindən yazıb.

Saytların yığılması Saytlarin yigilmasi

Bu həftə Azərbaycan Beynəlxalq Bankının (ABB) bəzi öhdəlikləri üzrə ödənişləri dayandırmasını elan etməsi Azərbaycanın ən böyük maliyyə institutlarından biri üçün ciddi fəlakət işarəsidir. Beynəlxalq Bank borclarının restrukturizasiyasına nail olmaq məqsədi ilə Nyu-York məhkəməsinə müraciət edib. Bank məhkəməyə ABŞ müflisləşmə məcəlləsinin 15-ci maddəsinə uyğun olaraq müraciət edib. Belə bir müraciət kreditorların Birləşmiş Ştatlarda hüquqi addımlar atmasını əngəlləyir. Beynəlxalq Bankın bu son addımı həm banka etibarı, həm də bankın hökumətlə və dövlətin nəhəng enerji şirkəti SOCAR-la əlaqələrini nəzərə alsaq, Azərbaycan iqtisadiyyatının ümumi sabitliyinə etibarı zədələyir.

Bankın 80%-nə hökumət sahiblik etdiyi üçün bankın defoltla üzləşməsi Azərbaycan hökumətinin etibarlılığına da ciddi təsir göstərmiş olar.

908 milyon dollarlıq ödənməmiş borcu olan bank artıq Dublində yerləşən “Rubrika Finance” şirkətinə 100 milyon dollarlıq borcunun ödənişini gecikdirib. Maliyyə naziri Samir Şərifov mayın 23-ü Londonda beynəlxalq investorlarla görüşməyi planlaşdırır. Əgər görüş səmərəsiz olsa, Beynəlxalq Bankın növbəti böyük ödənişi – ödəmə müddəti 2019-cu ildə bitəcək 500 milyon dollarlıq abrobondun kupon ödənişi üçün bir neçə həftəsi qalır. Bundan başqa, əlavə 185 mln. dollarlıq borcun ödəmə vaxtı isə 2017-ci ilin 26 oktyabrına düşür.

2016-cı ildə Azərbaycanın 42 bankından 10-u lisenziyasını itirib. ABB, Kapital və Paşa bankları Azərbaycanın aktivlərinin yarıdan çoxunu təşkil edir və hər üçü siyasi əlaqələrə malikdir. “Fitch” maliyyə institutunun direktoru Dmitri Vasilyev deyib ki, “Fitch” hazırda ABB-ni uğursuz bir qurum kimi görür. Təkcə 2016-cı ilin birinci yarısında hökumətin planlaşdırdığından 3 dəfə artıq – 5.8 milyard dollar – məbləğin banka köçürüldüyü aşkara çıxdıqdan sonra ABB-nin reytinqi F-ə düşüb. 2017-ci ildə ÜDM-in 8.4 faizinə çatan Azərbaycan hökumətinin defisiti bank sektoruna böyük transferlərdən qaynaqlanır.

Ölkə iqtisadiyyatı, həmçinin iqtidardakı Əliyev sülaləsi gücünü enerji resurslarından alır. Neftin qiymətinin düşdüyü və hasilatın azaldığı bir vaxtda hökumət ümidini Avropanın enerji ehtiyacının 10%-ni ödəməyi hədəfləyən 45 mlrd. dollarlıq Cənub Qaz Dəhlizinə bağlayıb. 2025-ci ilə qədər hər il 40 mlrd. kubmetr qaz ixrac etməyə ümid edən Azərbaycan infrastruktur layihələrinə milyardlarla dollar yatırıb, maliyyə çətinlikləri ilə uğraşan hökumət ambisiyalarını həyat keçirmək üçün 5 mlrd. dollar borc alıb. Borclardan əlavə ölkənin fiskal vəziyyətinin pisləşməsi də hökumətə və onun kredit reytinqinə təzyiqləri artırır.

Beynəlxalq Bankın dövlətin enerji nəhəngi SOCAR-la əlaqələri maliyyə sektoru ilə yanaşı enerji sektorunu da risk altına salır. Hökumətin ABB-yə nəzarətini artırdığı il bank SOCAR-a 10 illiyinə 2 milyard dollarlıq güzəştli kredit ayırıb. 2016-cı ildə “S&P Global Ratings” tərəfindən enerji istehsalçısına BB neqativ reytinqi verildikdən sonra Beynəlxalq Bankın problemləri SOCAR-ın, SOCAR-ın problemləri isə bankın problemlərinə çevrilib. S&P qeyd edib ki, SOCAR-ın zəifləyən maliyyə vəziyyəti və “hökumət dəstəyinin yüksək səviyyəsi” şirkətin zəif göstəricilərinin əsas səbəbləridir.

Hökumət adətən dövlətə aid banklardan kredit götürsə də, SOCAR-ın borclarının çoxunun dövlət zəmanəti yoxdur. Həmçinin, SOCAR-ın borclarının 80%-i xarici valyutadadır, şirkətin gəlirlərinin əsas hissəsi isə manatla qazanılır, bu da SOCAR-ın Azərbaycan bank sektoruna həssaslığını ortaya qoyur.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button