2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Beynəlxalq Bankın xarici kreditorları İlham Əliyevi seçki saxtakarlığında ittiham edir

Beynəlxalq Bankın xarici kreditorları birbaşa İlham Əliyevə məktub yazaraq şikayətlərini bildiriblər

Azərbaycan Beynəlxalq Bankı tərəfindən irəli sürülən 3.3 mlrd. dollarlıq borc restrukturizasiyası planının şərtləri bankın kreditorlarını qane etmir. Onlar şərtlərin dəyişdirilməsi üçün çalışırlar. Bu barədə ABŞ-ın “Bloomberg” mətbuatına investorlar qrupunun 2 üzvü deyib.

Saytların yığılması Saytlarin yigilmasi

Bankın kreditorları SOFAZ-ın (Dövlət neft fondu) 1 mlrd. dollar depozitinin restrukturizasiya planına daxil edilməsinin onların səsvermə hüququnu zəiflətdiyini düşünür.

ABB çərşənbə axşamı Londonda baş tutan təqdimatda xarici borc və depozit öhdəliklərini dövlət istiqrazları və bankın öz istiqrazları ilə əvəz etmək təklifini irəli sürməklə investorların qəzəbinə düçar olub. Bank əsas borc tələblərində 20% güzəşt nəzərdə tutulduğu planın təsdiq olunması üçün kreditorların üçdə ikisinin səsini almalıdır. SOFAZ-ın prosesə daxil edilməsi ilə Beynəlxalq Bankın ehtiyacı olduğu səsin təxminən üçdə biri əvvəlcədən təmin edilmiş olur, bu da investorların plana qarşı etiraz imkanlarını zəiflədir. Azərbaycan restrukturizasiyasını avqustun 24-də başa çatdırmaq istəyir.

Kreditorlar həmçinin Azərbaycan Respublikasının Mərkəzi Bankına olan təxminən 500 mln. manatlıq (297 mln. dollar) subordinasiyalı borc öhdəliyinin restrukturizasiya siyahısına daxil edilməməsindən şikayətlənirlər. Planda 100 milyon dollarlıq subordinasiyalı borc öhdəliklərinin 50 faiz endirim edilərək dövlət istiqrazları ilə əvəz edilməsi təklifi də etirazla qarşılanır.

“Bloomberg” agentliyi yazır ki, kreditorlar qrupu mayın 19-u  restrukturizasiya planının detalları açıqlanmamışdan öncə bəzi şikayətləri ilə bağlı prezident İlham Əliyevə müraciət edib. İnvestorlar məktubda xəbərdarlıq edib ki, “restrukturizasiya planı xarici kreditorlar arasında ayrı-seçkiliyə yol verdiyi halda səsverməni qazanmaq məqsədi ilə kreditorlar sinfini qruplaşdırmaq seçki saxtakarlığına cəhd kimi qiymətləndirilə bilər”.

İlkin

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button