2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Beynəlxalq Bankla bağlı maraqlı statistika…

Rovshan Agayev

2017-ci ilin ilk 3 ayının nəticələrinə görə, ilk 10-luqda olan bankların ümumi bank aktivlərində payı 78.3% olub. 2016-cı ilin sonuna 78.5% olmuşdu.
Beynəlxalq Bankın aktivlərinin həcmi ilə bağlı ən son rəqəm rəsmi olaraq açıqlanmayıb. Amma bütün bankların balans hesabatları üzrə rəqəmlərin cəminə və Maliyyə Nəzarəti Palatasının bank sektoru üzrə aktivlərin cəminə (29.980 mlrd. manat) diqqət yetirdikdə məlum olur ki, Beynəlxalq Bankın cəmi aktivləri təxminən 10.8 mlrd. manatdır. Məlumat üçün deyim ki, 2016-cı ilin 1-ci yarısında 14.2 mlrd. manat olmuşdu. Yəni son 9 ayda 2.4 mlrd. manata yaxın azalma var. Aydın məsələdir ki, problemli aktivlər təmizləndikcə Bankın kiçilməsi davam edəcək. Xarici kreditorlar qarşısında öhdəliklərin hökumətə transfer edilməsi nəticəsində Beynəlxalq Bank bir az da kiçiləcək. Bir də baxıb görəcəyik ki, 2014-cü ilin yekununa görə 12 mlrd. USD aktivə malik bankı ən yaxşı halda 4-5 mlrd. USD aktivi olan bank kimi investorlara təklif edirik.

Saytların yığılması Saytlarin yigilmasi

Yazı müəllifin feysbuk səhifəsindən götürülüb.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button