2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Beynəlxalq hesabat: ‘Yalnız cəsədlərin götürülməsi üçün…’


 

İyulun ortasında Ermənistan-Azərbaycan sərhədində azı 15 nəfərin həyatına son qoymuş, qadın və uşaqların evlərini tərk etməsinə səbəb olmuş toqquşmalar xəbərdarlıq kimi səslənməlidir. Beynəlxalq Böhran Qrupu iyulun 24-də açıqladığı hesabatda belə deyir.

Hesabatda 230 km-lik səngərli sərhədin hər iki tərəfində kəndlilərin uzun zamandır toqquşma və mina qorxusuyla yaşadığı vurğulanır. Beynəlxalq vasitəçilər sərhəd regionlarını əsasən gözardı edib, Dağlıq Qarabağ regionuna fokuslanıb. Ancaq iyul toqquşmaları sərhəddə yaşayan 150 mindən artıq dinc sakinin təhlükəsizliyi məsələsini diqqət mərkəzinə gətirdi.

Saytların yığılması Saytlarin yigilmasi

 

“Tərəflərdən heç biri hərbi üstünlüyə malik deyil”

“Yerevan və Bakı sərhədboyu əməkdaşlığın qarşılıqlı faydalı yollarını tapmaqdan ötrü kanallarını açıq saxlamalıdırlar. Bu atışmalar uşaqların məktəbə getməsi, fermerlərin məhsulunu yığması, çobanların mal-qarasını otarması, kran və sahələrə suyun axması üçün onların təşəbbüslər üzərində işləməsini dayandırmamalıdır”, – qurum bildirir.

Hesabatda deyilir ki, tərəflərdən heç biri sərhəd zonada hərbi üstünlüyə malik deyil. Hərbi mövqelər, səngərlər bir-birinə o qədər yaxındır ki, sakinlər bir-birilə qışqıraraq danışa bilərlər. Eyni zamanda bu regionun Azərbaycan və Xəzərdən Avropaya təbii resursları nəql edən yollar, dəmiryolları və kəmərlərə yaxın olduğu vurğulanır.

“Hər iki tərəf yalnız bu infrastruktura ziyan vurmaqdan yayınmaqda maraqlıdır”, – qurum bildirir.

Hesabata görə, tərəflər qoruyucu hasarlar çəksə də, bomba sığınacaqları qazsa da, bir sıra vergi güzəştləri, subsidiyalar ayırsa da, insanların sərhəd regionundan axınını önləyə bilməyib. Son aylar COVID-19 pandemiyasının səbəb olduğu iqtisadi böhran isə durumu daha da çətinləşdirib.

 

Kommunikasiya xətləri

“Bakıyla Yeravan yalnız əməkdaşlıq vasitəsilə sərhəd regionlarda yaşayanların həyatında davamlı fərq yarada bilərlər. Tərəflər 2018-2019-cu illərdə əldə olunmuş proqresdən geri çəkilməməlidirlər. O zaman son 15 ildə ilk dəfə olaraq hər iki paytaxtda təhlükəsizlik personalı və siyasi təmsilçiləri arasında birbaşa kommunikasiya xətləri yenidən açıldı. Son günlər bu kanallardan yalnız cəsədlərin götürülməsi üçün istifadə olunub”, – hesabatda vurğulanır.

Beynəlxalq Böhran qrupunun fikrincə, iyul toqquşmaları Dağlıq Qarabağa dair mövqelərin sərtləşməsinə səbəb ola bilər. Hesabatda deyilir ki, sərhəddə diplomatik proqresə nail olmaq Dağlıq Qarabağda uğurdan daha asandır, həm də indiki məqamda vacib ilkin şərtdir.

Qurum tərəfləri kommunikasiya xətlərindən istifadə edərək bir-birini planlaşdırılan mühəndislik işləri, digər fəaliyyətdən xəbərdar etməyə çağırır. Çünki bu fəaliyyət yanlış anlaşıla, eskalasiyaya apara bilər. “Onlar fermerlərin məhsulunu yığması, su şəbəkələrinin bərpası üçün məhdud əməkdaşlıqla bağlı danışıqlara başlamalıdırlar”, – hesabatda deyilir.

 

Xatırlatma

 

Bu il iyulun 12-14-də Azərbaycan-Ermənistan sərhədində Tovuz istiqamətində döyüşlər gedib. Prezident İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında baş verənləri Ermənistanın hərbi təxribatı adlandırıb, mövqelərin nəzarət altında olduğunu deyib. Son günlər Azərbaycan tərəfi biri general olmaqla, 12 hərbçisini itirməsi, dörd yaralı olması barədə xəbər yayıb.

Ermənistan tərəfi də bir neçə hərbçisinin ölməsi haqda məlumat yayıb. Onlar da baş verən döyüşlərə görə Azərbaycanı günahlandırıblar.

Bundan sonra xaricdə yaşayan bəzi azərbaycanlı icmalar olduqları ölkələrdə Azərbaycan-Ermənistan sərhədində yaşanan toqquşmaları pisləyən aksiyalar keçiriblər. Eyni zamanda, erməni icmalarının da aksiyaları olub.

Həmin aksiyada bir sıra insidentlərin yaşandığı bildirilir.

1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə Qarabağ münaqişəsi başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik yeddi rayonu işğal edilib.

Qarabağ münaqişəsi ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Fransa və Rusiya həmsədr ölkələrdir.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button