2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Beynəxalq Bank böyük pulları mənimsəmək istəyinin qurbanı oldu

Beynəlxalq Valyuta Fondunun 18 il əvvəl dediyini hakimiyyət niyə qəbul etmədi?

Azərbaycan Beynəlxalq Bankı (ABB) 3.3 milyard dollara çatan xarici borclarını ödəməkdə çətinlik çəkir. Bankın ödənilməsi gecikmiş borcları artıq 908 milyon dollardır. Bank bunu nəzərə alaraq, kreditorların banka qarşı məhkəmə iddialarının dayandırılması və onun ABŞ-dakı hesablarına toxunulmaması ilə bağlı ABŞ məhkəməsinə müraciət edib. Müraciətdə deyilir ki, ABŞ-dakı hesablara girişin itirilməsi bankın öz fəaliyyətini davam etdirməsinə təhlükə yaradacaq.

Saytların yığılması Saytlarin yigilmasi

Beynəlxalq bankın sağlamlaşdırılmasına hökumətin milyardlarla manat xərcləməsinə baxmayaraq bankın vəziyyəti hələ də kafi deyil. Buna səbəb pis idarəetmə və bankın külli miqdarda pullarının korrupsiya yolu ilə mənimsənilməsidir. Dövlət bankının aldığı xarici borclar ayrı-ayrı şəxslərin cibinə gedib. Yaradılan korrupsiya sxemlərinin bir hissəsi ilə Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyevin məhkəmə işi zamanı tanış olmuşuq.

ABB ölkənin əsas maliyyə institutlarından biri olduğu və aktivlərinin 80%-ə yaxınının dövlətə məxsus olduğu üçün bu vəziyyət həm də ölkənin maliyyə sisteminə etibarı azaldır. Bankın gələcəkdə defoltla üzləşməsi Azərbaycan iqtisadiyyatında ciddi sarsıntılara səbəb ola bilər.

Bu gün problemin bu səviyyəyə çatmasındakı əsas səbəblər hökumətin uzun müddət Beynəlxalq Valyuta Fondunun (BVF) çağırışlarını qulaqardına vuraraq  Beynəlxalq Bankı özəlləşdirməkdən imtina etməsi və xarici kapitalın ölkənin maliyyə sisteminə axınının qarşısını almasıdır. Məsələn, BVF 1999-cu il hesabatında Azərbaycan hökümətinin özəlləşdirmə proqramını canlandırmağa təşviq edib. Həmçinin bank sistemində xarici kapitala qoyulan məhdudiyyətlərin yüngülləşdirilməsi məsləhət bilinib.

Tövsiyyələrə əməl olunmadığı üçün bu hesabatdan 9 il sonra, 2008-ci ildə BVF-nin yeni hesabatında da bu məsələlər aktual olaraq qalıb:

“Hökumət Kapital Bankın özəlləşdirilməsini başa çatdırmalı və Azərbaycan Beynəlxalq Bankını özəlləşdirməyə hazırlaşmalıdır. Kiçik bankları birləşməyə təşviq etməklə maliyyə sektorunda rəqabəti artırmalı və xarici bankların bazara daxil olmasına icazə verməlidir.”

Beləcə, uzun illər BVF hökümətə çağırış edib ki, Beynəlxalq Bank özəlləşdirilməli və xarici bankların ölkəyə gəlişinə icazə verilməlidir. Ancaq hökumət bu məsələlərdə həmişə dirəniş göstərib. Məqsəd isə inhisar rıçaqlarını əldən verməmək, xarici bankların ucuz kreditlərinin qabağını alaraq əhaliyə yüksək faizlərlə borc verib daha çox qazanmaq olub. Ölkənin əsas banklarının hakim ailəyə məxsus olduğu üçün deyə bilərik ki,  burda qazanan Əliyevlər ailəsi, itirən isə xalq olub.

İlkin

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button