2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Bezosdan ‘pul yığın’ xəbərdarlığı

Bu arada Amazon şirkəti də xərcləmələri azaldıb, son aylar bəzi vəzifələrə kadr cəlbini dondurub

Saytların yığılması Saytlarin yigilmasi

“Amazon” şirkətinin təsisçisi və baş icraçı sədri, milyarder Ceff Bezos (Jeff Bezos) ABŞ-da resessiyanın gözlənildiyi haqda xəbərdarlıq edib. O, istehlakçılara və şirkətləri məsləhət görüb ki, böyük böhrana qarşı nağd pul yığsınlar.

“Hazırda iqtisadiyyatın vəziyyəti yaxşı görünmür”, – milyarder ötən şənbə günü CNN-ə deyib.

“İşlər yavaşıyır, iqtisadiyyatın bir çox sektorlarında ixtisarlar aparılır. Hazırda resessiya baş verməsə belə, tezliklə olacağı görünür”, – o deyib.

Bezos amerikalılara tövsiyə edib ki, yeni televizor, soyuducu, avtomobil kimi böyük şeylər almağı təxirə salsınlar, çünki iqtisadi şərait pisləşə bilər. O, kiçik sahibkarlara da yeni avadanlığa sərmayəni ertələməyi, əvəzində nağd pul yığmağı məsləhət görüb.

Milyarder resessiyanın nə vaxtadək çəkə biləcəyini deməyib, amma adamları iqtisadi fəlakətə hazır olmağa səsləyib.

Bezos bir müddət öncə də oxşar fikirlər səsləndirmişdi, hazırlıqlı olmağa çağırmışdı.

Bu arada Amazon şirkəti də xərcləmələri azaldıb, son aylar bəzi vəzifələrə kadr cəlbini dondurub.

Bu il aparıcı investorlar, şirkət rəhbərləri, akademikləri və təhlilçilər ressessiya həyəcanı çalırlar. Onlar Federal Ehtiyatlar Sisteminin inflyasiya ilə mübarizəsini əsas gətirirlər. İyunda inflyasiya son 40 ildə ən yüksək həddə – 9.1 faizə yüksəlib, oktyabrda isə 7.7 faiz olub.

ABŞ Mərkəzi bankı faiz dərəcələrini qaldırmaqla qiymətlərə təzyiqi azaltmağa çalışır. Martda sıfır civarında olan faiz dərəcəsi bu gün 3.75- 4% arası dəyişir, 2007-ci ildən bəri ilk dəfə olaraq 5 faizi keçə bilər.

24 saat” “
Bezosdan ‘pul yığın’ xəbərdarlığı
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button