2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Şou

“Bikini də geyərəm, hicab da bağlayaram” – Günay coşdu

Türkiyədə fəaliyyət göstərən model Günay Musayevanın Bakıya gizli gəlişinin səbəbi məlum olub.

24saat.org  xəbər verir ki, musavat.com saytına açıqlama verən model iki günlük klip çəkilişi üçün paytaxta gəldiyini bildirib.
O bildirib ki, çəkiliş zamanı çimərlik geyimindən də istifadə edib: “Bilirsiniz ki, 50-ci illərdə qadınların geyim tərzləri maraqlı olub. Klipdə də müxtəlif geyimlərdən istifadə etmişik. Ən çox müzakirə olunan isə çimərlik geyimində kamera qarşısına keçməyim olacaq. Hər zaman podiumda geyindiyim dekoliteli geyimlərimə görə tənqid olunmuşam. Bu dəfə də məni tənqid edəcəklər. Mən bütün bu söz-söhbətlərə hazıram. Mən model-aktrisayam. Lazım olsa, bikini də geyinərəm, hicab da bağlayaram. Açıq libas geyinəndə bizi tənqid edənlər, qapalı geyinəndə niyə tərifləmirlər?”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button