Cəmiyyət

Biləsuvarda suya görə, aksiya…

İyulun 28-də Biləsuvar rayon mərkəzində bir qrup yerli sakinin su problemi ilə əlaqədar etiraz aksiyasına cəhd göstərdiyi bildirilir.

Yerli mənbələrdən verilən məlumatlara görə, rayonun Yuxarı Cürəli və Təzəkənd kənd sakinləri susuzluq problemini icra hakimiyyətinin yerləşdiyi küçəni bağlamağa cəhd etməklə bildiriblər.

Yerli sakinlərin deməsinə görə, bu zaman ərazidə xidmət aparan polis əməkdaşları onlara bununla bağlı xəbərdarlıq edib.

Xəbərdarlığa əməl etməmələri iddiası ilə bir neçə etirazçının  polis şöbəsinə aparıldığı  söylənilir.

Bildirilir ki, şikayətçilərin bir qismini rayon İcra Hakimiyyətində qəbul ediblər, məsələlərin yoluna qoyulacağı vurğulanıb.

Bütün bu deyilənlərə, hələlik, Biləsuvar rayon İcra Hakimiyyətindən münasibət almaq mümkün olmayıb.

Amma«Turan» İnformasiya Agentliyinin xəbərinə görə, Biləsuvar rayon Polis Şöbəsindən onlara deyilib ki, bu gün, iyulun 28-də şöbəyə  gətirilənlərin 6 -sı söhbət aparıldıqan sonra sərbəst buraxılıb. Daha bir neçə şəxslə bağlı isə araşdırma getdiyi qeyd edilib.

24 saat” “Biləsuvarda suya görə, aksiya…” başlıqlı yazını “Azadlıq Radiosu”na istinadən dərc edib.

Bənzər məqalələr

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button