2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Sosial

Biləsuvar başçısına şok xəbərdarlıq – Təfərrüat

Biləsuvarın icra başçısına qeyri-rəsmi xəbərdarlıq olunub. Mahir Quliyev haqda son bir il ərzində aramsız olaraq mətbuatda tirajlanan neqativ xəbərlər onun ölkə rəhbərliyi qarşısında etimadının azalması ilə nəticələnib.

Bu haqda mötəbər qaynaqdan 24saa.torg-a sızan xəbərə görə, Prezident Administrasiyasında icra hakimiyyəti başçıları haqda dosye hazırlanır. Bu materiallarda il ərzində adı müxtəlif qalmaqallı, skandallı və xoşagəlməz insidentlərdə hallanan rayon başçılarının siyahısını tərtib olunub. Təxminən 2015-ci ilin hesabat xarakterli siyahısı olan bu dosyedə Biləsuvarın icra başçısı da yer aldığı iddia edilir.

Bildirilir ki, M.Quliyev və ətrafındakı məmurlar haqda saysız-hesabsız şikayət məktubları mətbuatda ictimailəşdirilib, bir qismi isə teleqram şəklində prezidentə ünvanlanıb. İcra başçısının nüfuzuna ciddi zərbə olan bu şikayət məktubları əsasən Biləsuvarın kəndlərindən üstünlük təşkil edir. İcra hakiminin qəbuluna düşə bilmədiyini söylənən yerli camaat bu idarəçilikdən narazılıq edirlər.

Saytların yığılması Saytlarin yigilmasi

Məlumatda bildirilir ki, PA-da ciddi müzakirələr gedir və artıq bəzi icra hakimlərinə xəbərdarlıq olunub. M.Quliyevin də belə bir xəbərdarlıq aldığı, qəbul və görüşlər keçirilməsi haqda tapşırıqlar verildiyi qeyd olunur.
Deyilənə görə, çox zaman Bakıda olan M.Quliyev artıq bu sinqaldan sonra Biləsuvarı tərk etməmək kimi bir “iltizama” qol çəkib. Bu xəbərlər barədə daha ətraflı araşdırma aparırıq. Qarşı tərəfi dinləməyə hazırıq.

24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button