2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Biləsuvarda əməliyyat keçirildiyi bildirilir


Bugün, aprelin 29-da Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Biləsuvar Rayon İcra Hakimiyyətinin binasında xüsusi əməliyyat keçirdiyi bildirilir.

Bu barədə “Turan” agentliyinə icra hakimiyyətindəki mənbədən məlumat verilib.

Məlumata görə, icra hakimiyyətinin binasına giriş və çıxış bağlanıb.

Saytların yığılması Saytlarin yigilmasi

Amma bu məlumatı, hələlik, Dövlət Təhlükəsizliyi Xidmətindən dəqiqləşdirmək mümkün olmayıb.

 

DTX bundan əvvəl Azərbaycanın bir sıra rayonlarında əməliyyatlar keçirib. Bu ilin fevralında qurumun Neftçala rayonunda əməliyyatı olmuşdu. Həmin əməliyyat nəticəsində azı 6 nəfər, əsasən, rüşvətə görə şübhəli şəxs qismində saxlanıb, həbs edilmişdi.

Saxlanan şəxslər rayon icra hakimiyyəti başçısı İsmayıl Vəliyev, onun birinci müavini Vurğun Əkbərov, memarlıq və tikinti şöbəsinin müdiri Vüqar Nağıyev, ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Anar Cəfərov, rayon Mərkəzi Xəstəxanasının baş həkimi Telman Zahidov və Təhsil şöbəsinin müdiri Əjdər Kərimov idi.

Ondan əvvəl, ötən ilin dekabrında isə DTX Ağstafa rayonunda əməliyyat keçirmişdi. Onda da icra hakimiyyəti başçısı Nizaməddin Quliyev və onun birinci müavini Ramiz Tatarov həbs edildilər. Onlar da rüşvət alma və başqa oxşar ittihamlarla üzləşiblər.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button