2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Biləsuvarın qazlaşdırılmayan kəndində təbii qaz xətlərinin çəkilişinə başlanılıb

Biləsuvar rayonunun Amankənd kəndinin qazlaşmayan hissəsində təbii qaz xətlərinin çəkilişinə başlanılıb.

Saytların yığılması Saytlarin yigilmasi

“Report”un Muğan bürosunun məlumatına görə, “Azəriqaz”ın Lənkəran Regional Qaz İstismar İdarəsi “Açıq mikrofon” aksiyası həyata keçirib.

Rayonun Amankənd inzibati ərazi dairəsinin bir hissəsi olan və 45 təsərrüfatda 250 nəfərin yaşadığı Köhnə Amankənd sakinləri kənddə mavi yanacağın olmamasının onların yaşayışında xeyli çətinliklər yaratdığını bildiriblər.

Onlar kəndin qazlaşdırılmasını xahiş ediblər.

Sakinlərin müraciətlərinə əsasən, artıq “Azəriqaz” İstehsalat Birliyi tərəfindən ərazinin qazlaşdırılması işlərinə başlanılıb.

Hazırda küçə qaz xətlərinin çəkilişi aparılır.

Bu işlər başa çatdıqdan sonra isə daşıyıcı qaz xətləri çəkilərək evlərə sayğacların quraşdırılması nəzərdə tutulub.

Mənbə:Report

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button