2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Bill Klinton ilk triller romanını yazır

Keçmiş ABŞ prezidenti Bill Klinton Ağ Ev haqqında roman yazmaqdadır, nəşriyyatçılar bazar ertəsi bildirib.

“Prezident yoxa çıxıb” adlı kitab tanınmış yazıçı James Patterson ilə əməkdaşlıqda yazılmaqdadır.

Saytların yığılması Saytlarin yigilmasi

James Patterson kitablarının satış həcminə görə hazırda dünyada ən uğurlu yazıçı sayılır.

Naşirlərin sözlərinə görə, yeni əsərdə “yalnız prezidentə məlum olan təfərrüatlardan söhbət gedəcək”.

Bill Klinton-un ilk romanı olacaq yeni kitab Alfred A Knopf and Hachette nəşriyyatında 2018-ci ilin iyun ayında çapdan çıxmalıdır.

“Prezidentin Ağ Evdə gününü necə keçirdiyi, Washington-nun necə işlədiyi barədə bildiyimi yazmaq ləzzət verir”, – keçmiş president deyib.

“Jim ilə əməkdaşlıqdan həzz aldım. Uzun müddətdir ki, onun yaradıcılığını həvəslə izləyirəm”, – Bill Klinton əlavə edib.

Hazırda dünyanın ən uğurlu bestsellerlər müəllifi sayılan James Patterson-un 130-dan çox əsəri nəşr olunub.

Bill Klinton president vəzifəsi ilə vidalaşandan sonra bir neçə kitab yazıb, lakin ilk dəfədir ki, roman yazır.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button