Texnologiya
Bill Qeyts ən rahat smartfonu AÇIQLADI

“Microsoft”un yaradıcısı Bill Qeyts bildirib ki, o, özünün istifadə etdiyi “Samsung Galaxy Z Fold 3” smartfonunu ən rahat hesab edir.
Lent.az xarici mediaya istinadla bildirir ki, bu barədə “AndroidAuthority” portalı məlumat yayıb.
“Mənim Android smartfonum var – bu, “Galaxy Z Fold 3”dür. Müxtəlif cihazları sınamışam. Bu, həm mənim əla portativ kompüterimi, həm də telefonumu əvəz edir”, – Qeyts vurğulayıb.
Portalın məlumatına görə, “Samsung” və “Microsof”t bir-biri ilə çoxdan əməkdaşlıq edirlər-“Samsung” smartfonlarında Geyts şirkətinin bir çox xidmətləri quraşdırılıb.
Bundan əlavə, smartfonları “Windows” ilə sinxronlaşdırmağa imkan verən “Your Phone” servix xidməti da Galaxy” telefonları üçün bəzi eksklüziv xüsusiyyətlərə malikdir.
You must log in to post a comment.