2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
İqtisadiyyat

Bill Qeyts bu tanınmış otellər şəbəkəsinin nəzarətini ələ keçirdi

Tamara Mustafayeva, Banco.az

Texnologiya nəhəngi “Microsoft”un investisiya fəaliyyətlərini icra edən “Cascade Investment” şirkəti “Four Seasons Hotel and Resort” otellər şəbəkəsinin 2.21 milyard dollar dəyərindəki səhmlərini satın alır.

Banco.az xarici mətbuata istinadla bildirir ki, Bill Qeytsin investisiya şirkəti “Cascade Investment” Səudiyyə Ərəbistanı şahzadəsi Əlvalid bin Talalın oteldəki səhmlərinin təxminən yarısını 2.21 milyard dollara satın almaqla tanınmış otellər şəbəkəsinin nəzarətini ələ keçirir. 

Saytların yığılması Saytlarin yigilmasi

Bu satınalma ilə investisiya şirkəti otellər şəbəkəsindəki payını 47,5%-dən 71,3%-ə yüksəldəcək ki, bununla da, ümumilikdə 10 milyard dollarlıq səhmlərin sahibi olacaq.

Şahzadə Əlvalid isə sahib olduğu “Kingdom Holding Co.” investisiya şirkəti vasitəsilə otellər şəbəkəsindəki geri qalan səhmlərinin nəzarətinə davam edəcək.

Qeyd edək ki, 1960-cı ildə əsası qoyulan “Four Seasons Hotel and Resort” hazırda aralarında Azərbaycanın da olduğu 47 ölkədə 121 otel və istirahət mərkəzi və 46 yaşayış kompleksi ilə təmsil olunur. Şirkətin təsisçisi və İdarə Heyətinin Sədri Kanadalı biznesmen İsador Şarp isə “Triples Holdings Ltd.” vasitəsilə otellər şəbəkəsindəki 5%-lik səhmini əlində saxlamağa davam edir.

Instagram

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button