2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Bilmirlər ki, vaxtı çatanda hər biri rejimә “qurban kәsilәcәk”?

“Nədən ötrü özlərini öldürüb, avtoritar rejimi qoruyur, onun cinayətlərinə şərik olurlar?”

AXCP sәdri Әli Kәrimli feysbuk sәhifәsindә Bakı Beyәlxalq Avtovağzalı ətrafında baş verənlərdən və onun əvvəlki sahiblərinin taleyindən yazıb. Yazını təqdim edirik:

Saytların yığılması Saytlarin yigilmasi

“Ölkə mətbuatı Bakı Beynəlxalq Avtovağzalının yeni sahibini axtarır, amma bu 140 milyon dollarlıq obyektin yeni sahibi hələlik tapılmır. Təbii ki, bu boyda obyekt artıq vurulmuş keçmiş nəqliyyat nazirində qalası deyildi. Əsl sahibi əl qoymalı idi bu bahalı obyektə və belə görünür ki, qoyub da.

Xalqımız uzun illər ərzində inanırdı ki, mərkəzi avtovağzal hər halda dövlətin olar. Ancaq günlərin birində məhz belə-belə işlərinə görə artıq Azərbaycanda bloklanan Azadlıq radiosu araşdırıb tapdı ki, bu nəhəng obyekt ozamankı nəqliyyat naziri Ziya Məmmədovun qardaşı Elton Məmmədovun adına rəsmiləşdirilib. Təbii ki, burada yox, Vircin adalarında. Araşdırma onu da ortaya qoydu ki, obyektin təkcə tikintisi 80 milyon dollara başa gəlib. Üstəlik, 3.7 hektar torpaq sahəsinin də qiyməti ozamankı manatla 50 milyon manat qiymətləndirilirdi.

Söhbətin adi bir avtovağzaldan getmədiyini bilirsiniz, hər halda. Avtovağzal kompleksinə 1500 mağazadan ibarət ticarət mərkəzi, onlarla kafe, 4 ulduzlu “Comfort İNN” oteli, 720 yerlik avto dayanacaq, yanacaq doldurma məntəqəsi və daha nələr daxildir. Böyük bir holdinqdən söhbət gedirdi. Həm də dövlətin hesabına, dövlətin resursları ilə qurulmuş bir holdinqdən.

Budur bir zamanlar qüdrətli hesab olunan keçmiş nəqliyyat naziri artıq vurulub və təbii ki, ölkənin yazılmamış, lakin ən keçərli qanunlarına görə dərhal o nəhəng kompleksi də qaytarıblar əsl sahibinə. Bəs necə? Bu ölkədə nəinki sadə vətəndaşın, sahibkarların, hətta yüksək çinli məmur və oliqarxların da əslində heç nəyi yoxdur. Onlara elə gəlir ki, onların nələrisə var. Onlar xalqdan oğurlayıb, qohumlarının adlarına rəsmiləşdirdikləri bahalı obyektlərdən bir müddət istifadə edib, lovğalanırlar da. Ancaq vaxtı çatanda “hər şeyi təhvil verib” azadlıqda qala bildiklərinə görə qurbanlar kəsirlər. Bəli, iqtidar komandasından sadəcə çıxış yoxdur. Seçim də böyük deyil: Ya Əli İnsanov, Fərhad Əliyev, Cahangir Hacıyev və digərləri kimi uzunmüddətli həbs, ya da Ziya Məmmədov kimi “hər şeyi təhvil verib”, azadlıq almağa sevinmək. İndiki nazir və oliqarxları da bu 2 yoldan biri gözləyir. Maraqlıdır, bu adamlar nəyə görə “gözləri çıxmış qardaşlarının” taleyindən heç nə öyrənmirlər? Nədən ötrü özlərini öldürüb, avtoritar rejimi qoruyur, onun cinayətlərinə şərik olurlar? Bilmirlər ki, vaxtı çatanda hər biri rejimin daha uzunömürlü olması üçün “qurban kəsiləcək”?

Və nəhayət, belə bir korrupsiya piramidasının üstündə qurulmuş hakimiyyət 3 həftədir ki, ölkənin müxalifətini və vətəndaş cəmiyyətini mənəvi terror edir. Gözəl Bayramlının çantasına, Əfqan Muxtarlının cibinə atdıqları pulu bəhanə edib, hər gün 2-3 nəfər tanınmış ictimai-siyasi xadimi istintaqa çağırırlar. Milli Şuranın sədri Cəmil Həsənli də daxil olmaqla Koordinasiya Mərkəzi üzvlərinin əksəriyyətini bu bahənə ilə istintaqa cəlb ediblər. Paralel olaraq Səbail məhkəməsində də “Azadlıq” qəzetinin yayım direktoru Faiq Əmirlinin məhkəməsində 6-7 il bundan öncə qəzetdə verilmiş 2-5 manatlıq elanlar araşdırılır. Bəli, bəli, həmin Faiq bəyi ki, 1 il öncə “Fətullah Gülənin imamı” kimi hay-küylə tutmuşdular, bu həbs haqda Baş Prokurorluq və DİN birgə bəyanat yaymışdı. İndi həmin Faiq bəyi ittiham edə bilməkdən ötrü bu qədər xırdalanıblar.

Özünə kənardan baxa bilmək, səhvlərinə görə utanmaq, “öz gözündə tiri seçmək” gözəl keyfiyyətlərdir. Ancaq Azərbaycan hakimiyyəti, analoqu olmadığına görə, bu hisslərdən də məhrumdur”.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button