2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Binəqədi məhkəməsi Eldəniz Səlimovu üç ay müddətinə həbs etdi /Yenilənib/VIDEO/

Bakı/03.08.21 Bu gün Binəqədi məhkəməsi Eldəniz Səlimovu üç ay istintaq müddətinə həbs etdi.

*   *   *

2021 Avqust 03 (Çərşənbə axşamı) 19:29:02

Saytların yığılması Saytlarin yigilmasi

Məhkəmə Eldəniz Səlimovun həbsi məsələsinə baxacaq /YENİLƏNİB/

Bakı/03.08.21  Bu gün deputat toxunulmazlığından məhrum edilmiş deputat Eldəniz Səlimov saxlanılıb və Binəqədi Rayon Məhkəməsinə aparılıb. Orada Səlimovun həbsilə bağlı prokurorluğun təqdimatına baxılacaq. Bu barədə Turan-a prokurorluqdakı mənbə bildirib. –06D-

*   *   *

2021 Avqust 03 (Çərşənbə axşamı) 14:02:14

Eldəniz Səlimov deputat toxunulmazlığından məhrum edilib

Bakı/03.08.21  Avqustun 3-də səhər Milli Məclisin növbədənkənar sessiyasında Eldəniz Səlimovun deputat toxunulmazlığından məhrum edilməsi məsələsinə baxılmasına başlanılıb. Müvafiq təqdimatı baş prokuror Kamran Əliyev verilib.

Baş prokuror deputatlar qarşısındakı çıxışında deyib ki, Eldəniz Səlimovun toxunulmazlıqdan məhrum edilməsi üçün kifayət qədər əsas var..

Məlum olduğu kimi, iyulun 29-da gecə saatlarında sərxoş vəziyyətdə  olan Səlimov onu karantin rejiminin qaydalarına əməl etməyə çağıran polis əməkdaşını döyüb. Faktla bağlı prokurorluq Cinayət Məcəlləsinin 309.2-ci maddəsi (vəzifə səlahiyyətlərinin aşılması) ilə cinayət işi qaldırıb.

Bu insidentin müzakirəsi zamanı deputatların əksəriyyəti Səlimovun hərəkətlərini pisləyib. Məsələ səsə qoyulub və səs çoxluğu ilə qəbul edilib.

İrəli sürülmüş ittiham üzrə Səlimovu əmlakı müsadirə edilməklə 3 ildən 7 ilədək azadlıqdan məhrumolunma cəzası gözləyir. -02B-

 

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button