2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ManşetXəbərlər

Binəqədi və Sumqayıt DYP-si arasında “sərhəd müharibəsi”

İcra başçılarının intriqası DYP-lərə də sirayət etdi

Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun “Sumqayıt” lövhəsinə “hücum etməsi” ilə iki icra başçısı arasında yaşanan qarşıdurma, Binəqədi rayonu və Sumqayıt DYP-lərinə də sirayət edib. Bu barədə 24saat.org-a özəl mənbə məlumat verib. Mənbənin sözlərinə görə, icra başçıları arasında yaşanan intriqalar zamanı hadisə yerinə hər iki tərəfdən xeyli sayda polis əməkdaşının cəlb edilməsi və X.İsgəndərovun I müavininin həbs edilməsi polis orqanlarını bir-birinə düşmən edib. Belə ki, əvvəlki dövrlərdən fərqli olaraq Binəqədi DYP-si Sumqayıt, Sumqayıt DYP-si isə Binəqədi DYP-sinə öz ərazinə keçməklə bağlı qadağa qoyub. Başqa sözlə desək, əvvəllər “saxla” əmrinə tabe olmayan avtomobillərin qonşu ərazilərdə təqibi həyata keçirilsə də, icra başçılarının məlum qalmaqalından sonra vəziyyət tamamilə dəyişib. Artıq Sumqayıt ərazisində əmrə tabe olmayan avtomobillərin Binəqədi, Binəqədi ərazisində saxlanılması mümkün olmayan maşınların Sumqayıt ərazisində təqibinə son qoyulub. İnzibati sərhədlər arasında gözəgörünməz dəmir pərdə çəkən Sumqayıt və Binəqədi DYP-si arasındakı bu intriqanının nə ilə nəticələnəcəyi hələ bəlli olmasa da, icra başçılarının bu məsələdə barışdırıcı mövqe tutmadığı göz önündədir. Bu isə məlum gərginliyin hələ uzun müddət davam edəcəyini iddia etməyə əsas verir.

24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Xaləddin İsgəndərov Zakir Fərəcovun qoydurduğu “SUMQAYIT”I DAĞITDI

 

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button