2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Binəqədidə ev tikməyə nə qədər rüşvət lazımdır?

rrBakı şəhəri, Yasamal rayonu, Şeyx Məhəmməd Xiyabani küçəsi, ev 95-də kirayədə yaşayan Əliyev Səfər Nəsib oğlu tərəfindən aztoday.az-a şikayət məktubu daxil olub. Şikayət məktubunda Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İskəndərovun adamlarının ondan rüşvət istədiyini iddia edib. Səfər Əliyevin şikayət məktubunu cumhuriyyet.az olaraq olduğu kimi təqdim edirik:
“Binəqədi rayon İcra hakimiyyətinin Mirpaşa adlı işçisi və Xocasən bələdiyyəsinin sədri Anar Abbasov qanunu qaydada aldığımız torpağın üzərində ev tikmək üçün bizdən 4000 manat rüşvət istəyir. İmkanımız olmadığı üçün onun istədiyi pulu verə bilmədik, buna görə də ev tikməyimizə qanunsuz olaraq icazə vermir və utanmadan polisə bu barədə şikayət edib. Ancaq Binəqədi rayonu Höküməli qəsəbəsində yerləşən həmin 3 sot torpağı sahibindən qanunu qaydada pulumuzu verib almışıq və buna dair sənədlərimiz də var. Həmin sənədlər həyat yoldaşımın adınadır. Qeyd edim ki, həmin ərazidə torpaqları vətəndaşlar bu qaydada satın alıb üzərində ev tikdirmişlər. Əgər mənim sənədlərimin həmin sənədlərdən bir fərqi varsa buyurub yoxlayıb ondan sonra qadağa qoysunlar. Bunun bir səbəbi və fərqi var ki, ev tikənlər Binəqədi Rayon İcra Hakimiyyətinə və Xocasən bələdiyyəsinin sədri Anar Abbasova istədiyi pulu verib, mənim isə heç bir imkanım yoxdur deyə qanunsuzluqla üzləşmişəm.

Evin tikintisinə isə qohum-əqraba kömək edir. Uzun illərdir ailəmlə iki azyaşlı uşaqla kirayədə yaşayıram. Özüm Qarabağın azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişəm. Həyat yoldaşım xəstədir, kirayədə yaşamaqdan zülm çəkirik. Bu korrupsiya cinayəti barədə başda Prezident cənab İlham Əliyev olmaqla, cənab Fuad Ələsgərova, Baş Prokuror cənab Zakir Qaralova, Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi cənab Kamran Əliyevə, Bələdiyyələrlə İş Mərkəzinin rəisi cənab Mehdi Səlimzadəyə şikayət ərizəsi ilə müraciət etmişəm. Mətbuat vasitəsi ilə də Prezident, Ali Baş Komandan cənab İlham Əliyevə müraciət edib xahiş edirəm bu korrupsiya faktını yerində yoxlanılıb qanunu tədbir görülməsinə göstəriş verəsiniz. Yoxlanılsın ki, həmin ərazidə tikilən evlərin mənim sənədlərimdən fərqi var, ya yoxdur. Belə olanda Binəqədi Rayon İcra Hakimiyyətinin və Xocasən bələdiyyəsinin yaratdıqları korrupsiya şəbəkəsinin cinayət əməlləri üzə çıxacaq”.
Qarşı tərəfin də fikirlərini işıqlandırmağa hazırıq.

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button