2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Binəqədidə söküntü həyəcanı – Sənədli torpaqlar zəbt olunur

Son günlər Goradil qəsəbisi ərazisindəki Binəqədi inzibati rayonunun bağ massivində mülk sahibi olan vətəndaşlar Xaləddin İsgəndərovun qanunsuz əməlləri ilə üzləşiblər.

 

Belə ki, adıçəkilən arazidən Elchi.az-ın rdaksiyasına Əhməd Mirtagiyev adlı oxucumuzdan şikayət məktubu daxil olub. Şikayətçinin göndərdiyi məktubdan aydın olunurdu ki, Binəqədi rayon icra hakimiyyətinin əməkdaşları  qanuni yolla əldə olunan sənədli torpaqlarin və mülklərin həyətyanı divarlarını  uçururlar. Hətta şikayətçinin redaksiyamıza göndərdiyi fotolara baxanda az qalırsan ki, şəkillərin üstünə “Əsəbi zəif olanalar baxmasın” ifadəsi yazasan. Əcəba, görəsən Xaləddin İsgəndərovun qoçu dəstələrini qanuni mülkləri dağıtmağa vadar edən sıəbəb nədir? Elə məhz buna görə də, Elchi.az-ın əməkdaşı redaksiyamıza daxil olan bu müraciətlərin izi ilə adıçəkilən ərazidə olub. Qəsəbədə hamı həyəcanlı görünür. İnsanların əlində qanuni sənədləri olduğuna baxmayaraq, hamının içində bir təşviş hiss olunur. Qanunsuz söküntü başlayan ərzidə kimdən soruşursan, evindən, mülkündən, obyektindən nigarandır. Onlara elə gəlir ki, hamının qanuni evləri hər an sökülə bilər. Əslində bu zavallı insanların təşvişə düşmələrinə haqlı səbəbləri də var…

Saytların yığılması Saytlarin yigilmasi

 

Sizə təqdim etdiyimiz fotolardan da aydın görünür ki, bu qanuni torpaqları qanunsuz söküb dağıdan Binəqədi rayon icra hakimiyyəti işçiləri Azərbaycan qanunlarnı tanımırlar. Onların bir qanunları var – Pul… Onların bir konstitutsiyası var – Xaləddin İsgəndərov… And içdikləri bir məbəd var – Yalan… Onların bir sözlə imanı-dini yoxdu. Olsaydı əgər Binəqədi rayon icra hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri Elşad Rəhimov qanuni mülkü sökülən vətəndaşa “Əcəb edib sökürəm, kefim belə istəyir” ifadələrini işlətməzdi. Prezidentə şikayət edəcəklərini bildirən şikayətçiləri isə – “gedin kimə istəyirsiniz deyin. Burda qanun da mənəm, prezident də” ifadələrinə qonaq etməzdi.

f6

Elchi.az-ın əməkdaşının hadisə yerindən çəkdiyi bu fotoya diqqətlə baxın. Fotodan da aydın görünür ki, arxa tərəfdəki torpaqda (dənizin kənarinda) tikinti getdiyi halda qarşı tərəfdəki qanuni sənədləri olan hasar ( dənizdən 500 metr kənarda) qanunsuz olaraq dağıdılıb.  Əcəba, görəsən vətəndaşları sosial etiraza hazırlayan Binəqədi icra hakimiyyətinin məqsəd-məramı nədir? Hərəkətləri onsuz da devalvasiyadan ziyan çəkən, bank girovlugundan hələ də canını qurtara bilməyən sadə vətəndaşları hakimiyyətdən üz döndərməyə çagırış olan Binəqədidə söküntü həyəcanı kimə və nəyə xidmət edir? Sizə təqdim etdiyimiz bu fotolardan aydın görünür ki, burda yalnız bir məqsəd var. Necə olursa olsun, vətəndaşların mülkləri əllərindən chixarilsin və baha qiymətə bashqalarina satılsın. Sənədlərlə tanış olduqdan sonra belə deyə bilərik ki, bu Binəqədi icra hakimiyyəti başçısının növbəti oyunudur. Axı qanuni tikililər niyə sökülməlidir ki?

Əməkdaşımızın çəkdiyi bu fotoda görünən mülkün sahibi də həyəcanlı görünür. Mülkünün hər bir sənədi yerində olan Ələddin Rüstəmov adlı şikayətçi də icra hakimiyyəti ilə münaqişə vəziyyətində qalıb. Onlar həmin yerdə ev tikmək üçün icra hakimiyyətindən sərəncam, eləcə də lazım olan bütün sənədləri alıblar.  Amma ağır texnikanı əraziyə gətirən Xaləddinin işçiləri arasında bu sənədlərə baxan yoxdur. Ancaq sakinlərin bir qismi alın təri ilə, min bir əzabla aldiqları torpaqları  asanlıqla bu məmurların onlardan alınmasina heç cürə imkan verməyəcəklərinin bildirdilər. Vətəndaşlar sonda onu da bildirdilər ki, əgər Xaləddin İsgəndərovun qanuni sənədi olan ev və torpaq sahələrinə qanunsuz müdaxilələri dayanmazsa onlar Prezident Aparatına yürüş edəcəklər…

Elchi.az

shekil5

shekil4

shekil3

sekil2

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button