2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Binali Yıldırım Gürcüstana səfər edəcək

Türkiyənin baş naziri Binali Yıldırım bu günlərdə Gürcüstana səfər edəcək. Bu sözləri Türkiyənin Gürcüstandakı səfiri Zeki Levent Gümrükçü jurnalistlərə açıqlamasında bildirib.

“Bu günlərdə Türkiyənin baş naziri Binəli İldırımın Gürcüstana səfəri gözlənilir. Səfər çərçivəsində ölkələrimiz arasında strateji iş birliyinin ikinci konfransı keçiriləcək”, deyə səfir bildirib.

Səfir həmçinin yaxın günlərdə Batumidə Türkiyə, Gürcüstan və Azərbaycan müdafiə nazirlərinin görüşünün keçiriləcəyini təsdiqləyib.

Saytların yığılması Saytlarin yigilmasi

Mayın 19-da Türkiyənin Gürcüstandakı səfirliyində Atatürkün anım günü keçirilib. Türkiyə səfiri Zeki Levent Gümrükçü tədbirdə çıxış edib, mayın 21-də Tiflisdə Türkiyə ilə Gürcüstan arasında diplomatik əlaqələrin 25 illiyini qeyd edəcəklərini bildirib. (APA)

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button