2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
24 saat

Bir ailənin İki övladı təhsilini davam etdirə bilmir

Zərdab rayonu, Pərvanlı kənd orta məktəbinin ibtidai sinif müəlliməsi Gülnisə Məmmədova maddi vəziyyəti aşağı olduğundan ali təhsil ocağında ödənişsiz əsaslarla təhsil alan iki qızını oxuda bilmir.

Saytların yığılması Saytlarin yigilmasi

Gülnisə Məmmədova Milli.Az-a ünvanladığı məktub vasitəsilə vətənpərvər, xeyirxah insanlara və aidiyyəti qurumlara müraciət edib:

“Hazırda 2 qız övladım tələbədir. Onlardan biri Azərbaycan Dövlət Pedoqoji Universiteti, digəri Bakı Dövlət Universitetində təhsil alır. Lakin imkansızlıq ucbatından artıq onları oxutdura bilmirəm. Qızımın biri 3-cü kursda, digəri isə 1-ci kursda təhsil alır. Böyük qızım 501 balla Azərbaycan Dövlət Pedoqoji Universitetinin filologiya fakültəsinə daxil olub. Digər qızım isə 478 balla Bakı Dövlət Universitetinin “Coğrafiya” fakültəsinə daxil olub.

Ümumilikdə 4 övladım var, digər 2 uşağım isə məktəblidir. Övladlarımı oxuda bilməməyimin səbəbi yoldaşımın ağır xəstəlik səbəbindən işləməməsidir. Əvvəl ustalıq edirdi, mən isə məktəbdə müəllim işləyərək onların ehtiyaclarını ödəyirdik. Lakin hazırda, demək olar, gözləri görmür, işləyə bilmir. İndi qalmışam çıxılmaz vəziyyətdə. Qızlarım mənə deyirlər: “Mama, universitetə getməyək, oxumuruq”. Bakıda ucuz qiymətə ev tapmaq olmur. Mən əsas kirayə puluna görə narahatam. Hazırda hər ay hər biri üçün 100 manat kirayə pulu verməliyəm. Bu da edir 200 manat. Fikirləşirəm ki, hər ay 200 manat onların ev kirayəsinə verə bilməyəcəyəm. Bir yandan da yoldaşımın müalicəsi üçün kredit götürmüşük. Mənim aylıq maaşım 286 manatdır. Mən bu pulla onları oxuda bilmirəm.
Onlar qalacaq yerlə – yataqxana ilə təmin olunsalar, pulsuz bir yerdə qalsalar, birtəhər də olsa, oxudaram. Əsas ev problemidir. Sentyabr ayının kirayə pulunu vermişdim. Oktyabrın 5-də yenidən 200 manat ödənməlidir. Buna isə imkan yoxdur. Məcburam onların təhsilini yarımçıq qoyam, amma bunu istəmirəm. Onların ən böyük arzusu oxumaqdır. Çoxları deyir ki, oxutma, imkanın yoxdur, yarımçıq saxla. Amma mən deyirəm ki, nəyə görə oxutmayım, yazıq deyillərmi? Ödənişli fakültəyə girməyiblər axı, ödənişsizdir. Onların oxumasını istəyirəm, başqa heç nə. Kimsə onlara kömək olsun. Aidiyyəti orqanlardan, vətənpərvər, xeyirxah, imkanlı insanlardan, sadəcə, qızlarımın oxumasına kömək olmalarını xahiş edirəm!”

Ailəyə yardım etmək istəyənlər (051) 4376374 nömrəli telefonla əlaqə saxlaya bilərlər.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button