2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
24 saat

Bir ay arayla iki bina necə yandı?

“Vallah, bunun sonu yoxdu. Bu gün biz canımızı birtəhər qurtardıq, ancaq sabah bir də belə hadisə olsa, qurtara bilməyəcəyik”.
Üz-gözü his-pas içində olan, yanmış evinin qapqara divarlarına baxıb yana-yana ağlayan yaşlı qadın belə deyirdi. 2015-ci ilin aprelin 10-da Xətai rayonundakı Zığ şossesi 16 ünvanda baş vermiş yanğında dərdli qadın hər şeyindən olmuşdu, canından başqa. Həmin gün 9 mərtəbəli bina keyfiyyətsiz üzlüyə görə alışmışdı. Bina yansa da camaat qaçıb canını birtəhər qurtarmlşdı. Ancaq üstündən bir ay keçməmiş həmin dövrdə Bakının binalarını “bəzəyən” keyfiyyətsiz üzlük üzündən baş verən yanğından 15 nəfər canını qurtara bilmədi. Onlardan 5-i azyaşlı uşaqlar idi. Mayın 19-da Binəqədi rayonundakı Azadlıq prospekti 200-36 ünvanında yanan binaya yarım saata qədər heç kim yaxın durmamışdı, yanğını söndürməmişdi. rları Sonradan prezident bu hadisəyə görə iclas məmurları danlasa da, zərərçəkəçənlərin evi təmir olunsa da 15 can o dəhşətli alovların içində yox oldu. Bu işlə bağlı keçirilən məhkəmə də mərhumların yaxınlarının narazılığına səbəb olmuşdu.

Məsələn, dəhşətli hadisə zamanı bacı-qardaşını itirmiş Feyzulla Bağırov məhkəmədə deyib ki, özünü o özünü də, əzizlərinin ruhunu da təhqir olunmuş sayır:”7-8 nəfəri yığıblar bura ki, bunlar günahkardılar, nə bilim faşistdilər, güllələnməlidilər… Qardaş, tapın görək ki, bu binanı kim yandırdı. O yanğınla bağlı müəyyən versiyalar var, onların hamısı araşdırılmalı idi. Niyə araşdırılmadı?”

Yarım ildən çox çəkən məhkəmə prosesi isə bu ilin yanvarda başa çatdı. Yanvarın 27-də Bakı Ağır Cinayətlər Məhkəməsində həmin olaya görə cinayət məsuliyyətinə cəlb edilmiş 8 nəfərə hökm oxundu.

Saytların yığılması Saytlarin yigilmasi

Əfqan Hacıyevin sədrlik etdiyi hakimlər kollegiyasının hökmü ilə təqsirləndirilən şəxslərdən yanan binanı üzləmiş «Global Construction» və poliuretan üzlükləri buraxmış «Global Stone» şirkətlərinin təsisçisi Miryusif Mahmudov 8 il, «Global Stone» MMC-nin baş direktoru olmuş Uğur Bəşirov 5 il, 2012-2013-cü illərdə Binəqədi rayon İcra Hakimiyyəti başçısının birinci müavini olmuş Qəzənfər Novruzov, icra hakimiyyətinin təsərrüfat şöbəsinin keçmiş müdiri Ədalət Rəcəbov və «Global Stone»un keçmiş sədr müavini Ələkbər Əsgərovun hər biri 4 il, binanın yerləşdiyi ərazi üzrə 72 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi olmuş Nizami Orucov 3 il 6 ay həbs cəzası alıb
Təqsirləndirilən şəxslərdən iki nəfərə – «Dərnəgül Boru Zavodu» QSC-nin sınaq laboratoriyasında müqavilə əsasında işləmiş, BDU-nun müəllimi Ağacavad Məmmədov və Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru Akif Əlibəyova şərti cəza verilib. Onlar ibtidai istintaq və məhkəmə dövründə də həbsdə olmayıblar.

Bakının Binəqədi rayonunda 2015-ci il mayın 19-da baş verən bina yanğını ilə əlaqədar məhkəmə önünə çıxarılanlar Cinayət Məcəlləsinin 225-ci (yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308-ci (vəzifədən sui-istifadə) maddələri ilə ittiham olunmuşdular.

Zərərçəkmişlərin maddi ziyanla bağlı mülki iddiaları isə baxılmamış saxlanılıb.

“O yanğında insan tələfatının çox olmasının səbəbi nə üzlük materialdı, nə də Fövqəladə Hallar Nazirliyinin əməkdaşları. O binanı yandırıblar və yanğını təşkil edənlər yolda da bir avtobusun motorunu söndürməklə tıxac yaratmışdı, ona görə yanğınsöndürənlər hadisə yerinə bir saat gec gəlib çatdılar. Başqa bir səbəb isə binanın standartlara uyğun tikilməməsi, təxliyə-çıxış yollarının olmamasıdı”.
Bunu isə binanı üzləmiş “Global Construction” və həmin üzlükləri buraxmış “Global Stone” şirkətlərinin təsisçisi Miryusif Mahmudov demişdi. O, son sözündə bu hadisəni “ölkədəki peşəkarın əli ilə həyata keçirilmiş, amma kənardan idarə olunan düşmən işi” adlandırmışdı.

15 nəfərin ölümünə səbəb olmuş yanğından sonra Bakıdakı binaların üzlükləri kütləvi şəkildə sökülüb. İqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, təxminən 800-ə yaxın binalarda bu tipli üzlüklərdən istifadə olunub. 260 təkcə Bakını əhatə edən yaşayış binalarıdır. Təqribi hesablamalara görə, hər binanın üzlənməsi həcmindən asılı olaraq 250-500 min manat arasında başa gəlib.

ANAR HƏSƏNOV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button