2023-03-16 10:40:56
Belçikanın Oupeye şəhərində bir ay əvvəl əri ilə mübahisə edərək 5 yaşlı oğlu ilə evdən çıxan 38 yaşlı Fatma Bayramın cansız cəsədi Hollandiya yaxınlığında tapılıb.
Fevralın 23-də onunla birlikdə evdən çıxan Fatma Bayramın oğlu Nailin meyiti ertəsi gün Maas çayında tapılıb.
Polisin fikrincə, ana və oğlun ölümü bir ailə dramından xəbər verir.
Bildirilib ki, Belçika polisi tərəfindən ölkə boyu axtarışda olan Fatma Bayram əri ilə mübahisə edərək Liege şəhəri yaxınlığındakı Oupeye qəsəbəsindəki evini tərk edib.
Fevralın 23-nə keçən gecə əri polis bölməsinə gedərək itkin düşdüyünü bildirdikdən sonra Fatma Bayramın avtomobili yaxınlıqdakı qəsəbədə Maas çayının kənarında tapılıb.
Onun mobil telefonu və açarları maşında olsa da, Fatma Bayram və 5 yaşlı oğlundan əsər-əlamət tapılmayıb.
class=”medianet-inline-adv”>
Belçika rəsmiləri ərazidə geniş axtarış əməliyyatına başlayıb. Qayıqların, dalğıcların və xüsusi təlim keçmiş itlərin iştirak etdiyi əməliyyat-axtarış tədbirləri zamanı səhər saatlarında Nailin cansız bədəni sudan tapılıb. Uşağın boğularaq öldüyü müəyyən edilib.
Lyej Prokurorluğunun təlimatı ilə günlərdir davam edən axtarışların sonunda Fatma Bayramın cansız cəsədi Hollandiyanın Maastrixt şəhəri yaxınlığında avtomobilini qoyduğu limanın təxminən 15 kilometr şimalında tapılıb.
Belçika mətbuatının məlumatına görə, çərşənbə günü günortadan sonra çayda tapılan qadın cəsədinin Fatma Bayrama aid olduğu məlum olub.
Belçika rəsmiləri hesab edir ki, Bayram oğlu ilə birlikdə suya tullandıqdan qısa müddət sonra ölüb və onun cansız bədəni cərəyanla Hollandiya sərhədinə sürüklənib.
Tərcümə“24 SAAT”