2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Manşet

‘Bir çox ermənilər ‘statussuz Qarabağa’ qayıtmağa tələsmirlər’ – Rusiya mediası


Rusiyanın nüfuzlu RBK agentliyinin müxbiri Aleksandr Atasuntsev Dağlıq Qarabağda müharibə sonrası gördüklərindən yazıb.

O yazır ki, Ermənistan və Dağlıq Qarabağ arasında böyük insan axınları hərəkət edir: bəziləri Azərbaycana verilən rayonlardan və Qarabağda uçmuş evlərindən Ermənistana doğru hərəkət edirlər, onların qarşısına Qarabağa qayıdanlar çıxır.

Məqalədə deyilir ki, Dağlıq Qarabağda nar ağaclarının budaqları meyvələrin ağırlığından yerə əyilib.

Saytların yığılması Saytlarin yigilmasi

Müəllif bildirir ki, müharibəyə qədər Dağlıq Qarabağın mərkəzi şəhəri Xankəndində 50 minədək, bütün Dağlıq Qarabağda isə ümumilikdə 140 min sakin olub.

Rusiya Müdafiə Nazirliyinin verdiyi məlumata görə noyabrın 26-dək Dağlıq Qarabağa 17 min erməni qayıdıb.

Xankəndində hər gün yeni kafe və mağazalar açılır, bazar işləməyə başlayıb.

Müxbirin sözlərinə görə yerli separatçı rejim ötən həftə evlərə qaz verib. Amma elektrik heç də hər yerdə yoxdur.

Tərtər çayı üzərindəki bir neçə elektrik stansiyasındakı avadanlıqlar sökülüb, çünki noyabrın 25-də Kəlbəcər Azərbaycana qaytarılıb.

Məqalədə deyilir ki, müharibə nəticəsində Dağlıq Qarabağda 40 min nəfər və ya əhalinin 28 faizi evsiz qalıb. Bu rəqəmə müharibədən əvvəl Azərbaycanın işğal edilmiş rayonlarında yaşayan ermənilər də daxildir.

 

Ermənistan hökumətinin yardımı

Atasuntsev yazır ki, Ermənistan hökuməti evlərini itirənlərə 300 min dram (600 dollar) ödəməyi vəd edib. Amma müharibəyə görə Ermənistana qaçanlara 68 min dram (140 dollar) veriləcəyi deyilir. Müxbirin sözlərinə görə, çağırış yaşında olan və müharibədən keçmiş Qarabağ kişilərinə müavinət verilməyəcək. Bu pulların nə vaxt ödənəcəyi məlum deyil. Hələki ərizələri toplayırlar.

Məqalədə deyilir ki, Dağlıq Qarabağda artıq gecə şaxtaları başlanıb. Dağlıq Qarabağdan çıxan yollarda sıxlıqdır. Maşınlar hər iki istiqamətdə hərəkət edirlər. Dağlıq Qarabağın ermənilərə aid hissəsinin sərhədləri hələ müəyyən edilməyib. Məsələn, ötən həftə Ağdərə rayonundakı bir neçə kəndin sakinləri bu kəndlərin Azərbaycan tərəfinə veriləcəyini son anda biliblər. Amma bir çoxları sərhədin müəyyən olunmasını gözləmədəm Qarabağı tərk edirlər.

Ermənistan baş nazirinin müavini Mğer Qriqoryan RBK müxbirinə dəstəyin iki mərhələdə veriləcəyini deyib. Birinci mərhələdə adambaşına 300 min dram veriləcək. Adamlara müvəqqəti yaşayış xərcləri üçün 15 min dramdan 30 min dramadək (30 və 60 dollar) verilməsi də nəzərdə tutulub.

Qriqoryan istisna etmir ki, bu müavinət bir neçə dəfə verilə bilər.

O qeyd edir ki, erməni qüvvələrinin nəzarətində qalan rayonlarda adambaşına birdəfəlik 250 min dram (500 dollar) verilməsi nəzərdə tutulub.

Yaşayış yerinin itirilib-itirilməməsindən asılı olamayaraq müəyyən əhali qruplarına adambaşına 68 min dram (140 dollar) birdəfəlik yardım göstəriləcək. Bu müavinət üçün artıq 60 min ərizə verilib.

 

“Erməni” yox, “qarabağlı”

Məqalədə deyilir ki, Nairanın 46 yaşı var. O pediatrdır və Xankəndindəki uşaq xəstəxanasında işləyir. Dağlıq Qarabağa 20 il bundan əvvəl köçüb. Valideynlərinin əsli buralardandır. Özü Ermənistandadoğulub.

O deyir ki, müharibənin ilk günlərində xəstəxana yaralılara kömək edirdi. Naira oktyabrın 16-da növbəsini təhvil verərək Yerevana gedib, amma ötən həftə qayıdıb gəlib.

Deyir ki, bir çoxları Qarabağın gələcək statusunun naməlumluğuna görə qayıtmağa tələsmirlər. Rusiya və Ermənistan hökumətləri bu məsələnin gələcəkdə həll olunacağını deyiblər. Bundan başqa cənub magistral yolunun – Dağlıq Qarabağla Ermənistanı bağlayan yeganə yolun necə işləyəcəyi bilinmir. Həmin magistrala indi Rusiya sülhməramlıları nəzarət edirlər.

Bu yolun azərbaycanlıların nəzarətinə keçmiş Şuşanın altından keçməsi erməniləri qorxudur.

 

Naira deyir:

“Birinci Qarabağ müharibəsindən sonra azərbaycanlılarla təmasımız olmayıb, amma indi bilmirəm necə yanaşı yaşayacağıq”.

Müxbir yazır ki, qatı dumana bürünmüş Şuşaya gedən yol boyunca yanmış buşlat və çəkmələr səpələnib. Bunları ölənlərdən çıxarıblar. İtkin düşənlərin axtarışı davam edir. Bu yolun üstündə iki yerdə Azərbaycan əsgərlərini görmək olar.

Məqalədə deyilir ki, ermənilər Qarabağa Rusiya sülhməramlılarının yerildilməsini alqışlayırlar, amma bu, Qarabağın separatçı liderlərinə və Ermənistanın hakimiyyət orqanlarına böyük inamsızlıqdan doğur.

Müxbir yazır ki, burada əksər səfərbərlər özlərini “erməni” yox, “qarabağlı” adlandırırlar.

Onlar özlərini pərdərxası oyunların girovu kimi hiss edirlər.

Qarabağlı Anuş müxbirə deyir ki, “Nikol adı indi mənim üçün pis söyüş kimi səslənir”.

 

“Araikin mağazasını” yandırıblar

Xankəndində, jurnalistlərin əksəriyyətinin qaldığı otellə üzbəüz ikimərtəbəli böyük mağaza yanıb.

Yerlilər deyirlər ki, bu mağaza separatçı rejimin başçısı Araik Arutyunyanındır. Mağaza atəşkəs elan edilən gecə yandırılıb. Xankəndində şayiə gəzir ki, mağazanı müharibədə itirilmiş Hadrutun keçmiş sakini qisas olaraq yandırıb. Başqa bir geniş yayılmış şayiə isə Rusiyanın yerlilərə Rusiya pasportları verəcəyi barədədir.

Məqalədə deyilir ki, Şuşada yaşayanların çoxu Xankəndinə köçüb. Xankəndinin mərkəzindəki reklam lövhələrində Dağlıq Qarabağın görməli yerlərinin şəkilləri var.

Arut adlı erməni Şuşadakı şəlalənin əks olunduğu lövhənin qarşısında dayanır. Hələ avqustda smartfonunda orda çəkilmiş şəkillərini göstərir. Arut bundan sonra harada yaşayacağını bilmir.

 

36 yaşlı Sasun müharibənin qurtarmasına bir neçə gün qalmış Xocavənddən Yerevana gedib. Arvadı və üç uşağı Yerevandakı xalasının evində qalırdılar. Ötən həftəsonu hamısı Xocavənddəki evlərinə qayıdıb. İkimərtəbəli evə çox ziyan dəyməyib. Şüşələr sınıb, divarların kirəci tökülüb. Divarlarda hələ birinci Qarabağ müharibəsindən qalma qəlpə yerləri var. Həyətdə tikinti materalalrı tökülüb qalıb:

“İstəyirdim, nəhayət bu il təmir edim. Amma müharibə başlandı”.

Jurnalist təəssüratlarını yekunlaşdırır:

“Sasunun uşaqları evdə qaçışır, ürkək-ürkək boylanırlar. Şüşə qırıntılarının arasında acından ölmüş toyuq-cücə cəsədləri səpələnib. Bütün şəhər boyunca sahibsiz itlərin ulaşması eşidilir”.

24saat.org

Mənbə – azadliq.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button