2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

“Bir çox hallarda qanunlar elə hakimlərin özləri tərəfindən pozulur”

 

Müzəffər Baxışov: “Hakimlərin əksəriyyəti sahibkarlıq fəaliyyəti ilə məşğuldur”

“Halbuki, qanun hakimlər üçün belə bir fəaliyyəti qadağan edir”

Saytların yığılması Saytlarin yigilmasi

Tanınmış hüquqşünas Müzəffər Baxışov 24saat.org-a açıqlamasında məhkəmə hakimləri və onlar tərəfindən yol verilən bəzi qanunsuzluqlarla bağlı ciddi ittihamlar səsləndirib. Hakimlərin böyük bir qisminin sahibkarlıq fəaliyyəti ilə məşğul olduğuna diqqət çəkən hüquqşünas, qanunun belə bir fəaliyyəti yasaqladığı vurğuladı:

“Məhkəmə və hakimlər haqqında qanuna görə, hakimlər sahibkarllıq fəaliyyəti ilə məşğul ola bilməz. Bu, birmənalıdır. Lakin bu gün hakimlərin əksəriyyəti sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Onların özlərinin biznesləri var.  Bir neçə hakimin biznes fəaliyyəti ilə məşğul olduğuna görə səlahiyyətinə xitam verilib. Əgər bu istiqamətdə lazımi araşdırma aparılsa, o zaman daha ciddi faktların üzə çıxacağı şübhəsizdir.

Bütün bu faktlar göstərir ki, bir çox hallarda qanunlar elə hakimlərin özləri tərəfindən pozulur. Belə olan halda hansısa ədalətdən danışmaq əbəsdir”.

Seymur Əliyev

24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button