2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏSiyasət

Bir deputatın şok manifesti: İmamverdi İsmayılov İlham Əliyevə qarşı – Özəl

Məcburi köçkünlərin kommunal limiti ləğv olunub və onlara pul şəklində ödəniş olunacaq. 24saat.org-un məlumatına görə, bu məsələ 25 saylı Zəngilan-Qubadli seçki dairəsindən deputat İmamverdi İsmayılovun vecinə də olmayıb.
Millət vəkili köçkünlərə qarşı Cəbrayıldan deputat olan Astan Şahverdiyevsayağı biganə münasibət bəsləyir.
Prezident İlham Əliyevin həssaslıq nümayiş etdirdiyi və ilk növbədə qayğısına qaldığı qaçqın və məcburi köçkünlərdir.
Amma İmamverdi İsmayılov İlham Əliyevin bu siyasi kursuna zidd fəaliyyətdədir. Deputat nə kommunal bahalaşma olanda, nə limitlər ləğv ediləndə, nə yurdundan didərgin düşmüş insanların problemləri mətbuat səhifələrində ictimailəşəndə reaksiya verib.
Onun parlamentdə və ya seçicilərlə görüşdə görən olmayıb. Bu da birbaşa İlham Əliyevin daxili siyasətindəki xəttin əleyhinə getməkdir.
Millət vəkili zəngilanlı və qubadlılı seçicilərin problemləri ilə maraqlanmır, onlarla görüş keçirmir, şikayət və müraciətlərini dinləmir.
24saat.org-un məlumatına görə, İ.İsmayılov qeyri-rəsmi məclislərin birində “quş” buraxıb. İddialara görə, deputat mandatı öz puluna aldığını və kimsədən asılı olmadığını söyləyibmiş.
Onun bu çıxışı yuxarıların da qulağına çatıb və məsələ böyüyüb. Deputatın nəzərinə çatdırılıb ki, aldığı mandatı bir gecənin içərisində itirə bilər və toxunulmaz olan biznesinə də əl qoyular.
İ.İsmayılov bu anlamda seçicilərinə laqeyddir və onların səsi ilə seçilmədiyi üçün biganəlik göstərir. Məcburi köçkünlər cəmiyyətin ən həssas təbəqəsidir.
Onlar yurd-yuvasından didərgin düşüb, yaxınlarının məzarları düşmən tapdağı altındadır, sosial vəziyyəti ürəkaçan deyil, dövlət tərəfindən daim qayğı göstərilir, prezidentin əsas diqqəti qaçqınlaradır.
Ancaq köçkün regionundan deputat olanlar prezident kimi eyni həssaslığı göstərmir. İ.İsmayılovun başı şəxsi biznes işlərinə elə qarışıb ki, yadına da düşmürlər.
Xatırladaq ki, deputatın Sumqayıt şəhərindəki xeyli obyekti – restoranı, şadlıq evi, internet-klubları və dükanları var. Həmçinin onun yaxın qohumları Sumqayıtda tikinti materiallarının geniş biznesi ilə məşguldurlar.
İmamverdi İsmayılovun Şamaxı rayonunda xeyli qoyun sürüsü, fermer təsərrüfatı, həmçinin İmişlidə çınqıl karxanası, Saray və Novxanı kəndlərində bir neçə dəbdəbəli bağ evləri var.

999 və 888 seriya nömrələri yalnız bu ailəyə məxsus olduğu qeyd edilir. Kapitan rütbəli İlkin İsmayılov Sumqayıt Şəhər Yol polisində imtahan-qeydiyyat şöbəsinin baş inspektorudur. İlkin İsmayılov Qubadlı-Zəngilan dairəsindən millət vəkili seçilən İmamverdi İsmayılovun oğludur. Hörmətli millət vəkilinin fikirlərini dərc etməyə hazırıq.

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button