2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Bir gecəsi 235 AZN-ə Bilgəh, yoxsa 7 günü 190 AZN-ə Kabuleti?

Bu il azərbaycanlılar üçün də Türkiyənin istirahət bölgələri əlçatan deyil. Məlumdur ki, turizm şirkətləri turları dollarla alır və müştəriyə də dollarla satır.

Dolların gündəlik kursuna əsasən isə qiymətlər heç də ürəkaçan deyil. Digər tərəfdən, Türkiyədə turizmin ölü vəziyyətdə olmasını oxuyan istənilən şəxs düşünür ki, müştəri axınına məruz qalmayan turizm obyektində xidmət də, yeməklər də, qulluq da əvvəlki kimi olmayacaq. Üstəgəl, Türkiyədə son dönəm terror faktlarının artması insanı bu ölkədən bir qədər qorxudur. Əcəba, getdiyimiz yerdə terror ehtimalı ola bilərmi?

Saytların yığılması Saytlarin yigilmasi

Bu kimi problemlər isə insanı istər-istəməz bölgələrimizdəki istirahət guşələrinə yönəldir. Amma qiymətlərlə tanış olana qədər. Azərbaycanın Şəki, Qax, Quba, Qusar, Lerik, Şamaxı, Qəbələ kimi bölgələrində 4 nəfərlik ailənin istirahəti minimum 2 min AZN-ə başa gəlir. Sözügedən bölgələrdə yerləşən sıradan otellərdən birində 1 həftə ərzində qalmaq yalnız səhər yeməyi daxil edilməklə, bir nəfər üçün 500-700 AZN məbləğindədir.

Adi bir misal. “Qafqaz Qəbələ Resort” otelində 15 iyun – 31 avqust tarixlərində 5 gecə qalıb 4 gecə üçün 690 AZN ödəmək təklif olunur. Kampaniya 2 nəfərlik standart (double və ya twin) otaqlar üçün nəzərdə tutulub.

Qiymətə daxildir:

– 2 nəfərlik standart otaq;
– Səhər və axşam yeməyi;
– SPA mərkəzi;
– Hovuz;

Qeyd. Göstərilən qiymətlər Ramazan bayramı günlərinə (6-10 iyul tarixlərinə) şamil edilmir.
Yəni burada söhbət heç 1 həftədən də getmir. 4-cə gün üçün, hətta nahar da daxil edilmədən, 700 AZN-ə yaxın məbləğ bir nəfərə aiddir.

“Samaxi Palace” otelində isə 1 həftə istirahət, 7 gecə, 6 gün üçün 499 AZN tələb olunur. Bura ancaq səhər yeməyi və SPA daxildir.

Bilgəh, yoxsa Kabuleti?
Hesab edək ki, çox uzağa getmək istəmirsiz. Bilgəhdə, yaxınlıqda bir oteldə, dənizdə üzmək və təmiz hava almaqla istirahət planınız var. Çox da tələsməyin. Çünki burada yerləşən “Jumeriahhotel“də bir nəfərin bir günlük qalmasının qiyməti 235 AZN-dən başlanır, ta 410 AZN-ə qədər. Sözügedən oteldə kral suitinin qiyməti isə… 7435 AZN-dir. Bəli, bir gecəsi… Odur ki, başqa fakta gərək varmı?

Buna görə də bir çox yerli turistlər Gürcüstan variantına üstünlük verirlər. Sosial şəbəkədə elanlarını yerləşdirən turizm şirkətlərindən biri Kabuletidə 7 günlük istirahət üçün cəmi 190 manata elan verib, iyul ayı üçün müştəri rezerv edir. 190 manata oteldə 6 gecə 7 gün qalmaq, gündə üç dəfə yemək, otelin bütün xidmətlərindən istifadə etmək daxildir. Bu isə azərbaycanlı turist üçün əlavə və daha sərfəli istirahət təklifidir.

(fins.az)

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button