Bir gündə 38 ölüm


Son gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 4170 yeni yoluxma faktı qeydə alınıb, virusa yoluxanlardan 1985 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu məlumatı noyabrın 29-da Nazirlər Kabineti yanında Operativ Qərargah yayıb.Qurumdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 38 nəfər də vəfat edib:

“İndiyədək ölkədə ümumilikdə 118195 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 73676 nəfər müalicə olunaraq sağalıb, 1361 nəfər vəfat edib, aktiv xəstə sayı 43158 nəfərdir”.

Qərargahdan açıqlamaya görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ölkədə 17581, ötən müddət ərzində isə ümumilikdə 1718235 test aparılıb.

Rəsmi qurumların açıqlamasına görə, Azərbaycanda evdə də müalicə alan koronavirus xəstələri var. Belə xəstələrin getdikcə artdığı söylənilir.Amma bu deyilənlər, hələlik, rəsmən təsdiqlənməyib.

Azərbaycanda bu virusa ilk yoluxma halının fevralın 28-də aşkarlandığı açıqlanıb. İndiyəqədər ölkədə bu virusa yoluxanlardan gündəlik ölənlərin sayının heç vaxt 38-ə çatdığı bildirilməmişdi.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. Bu il martın 11-də Dünya Səhiyyə Təşkilatı (DST) koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 1 milyon 400 mindən çox şəxsin vəfat etdiyi açıqlanıb.

24saat.org

Mənbə – azadliq.org

Müzakirə mövzusu - post

SON XƏBƏRLƏR

Kateqoriyalar

Hava

Baku, Azerbaijan
Cümə axşamı, Yanvar 28, 2021
Clear
2 ° c
85%
3.73mh
-%
6 c 4 c
C
9 c 5 c
Şb
8 c 4 c
Bz
11 c 6 c
Be

Seçmə