2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Bir gündə 28 ölüm


Son gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına

2735 yeni yoluxma faktı qeydə alınıb, virusa yoluxanlardan 1374 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan noyabrın 21-də verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 28 nəfər də son gündə vəfat edib:

Saytların yığılması Saytlarin yigilmasi

“Azərbaycanda indiyədək ümumilikdə 89898 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 62243 nəfər müalicə olunaraq sağalıb, 1107 nəfər vəfat edib, aktiv xəstə sayı 26548 nəfərdir.”

Qərargahdan açıqlamaya görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar Azərbaycanda 16220, hazırkı dövrədək isə ümumilikdə 1592280 test aparılıb.

Rəsmi açıqlamalara görə, Azərbaycanda evdə də müalicə alan koronavirus xəstələri var.

Azərbaycanda bu virusa ilk yoluxma halının fevralın 28-də aşkarlandığı açıqlanıb.İndiyə qədər bu virusa yoluxanlardan heç vaxt gündəlik 28 nəfərin vəfat etdiyi bildirilməmişdi.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. Bu il martın 11-də Dünya Səhiyyə Təşkilatı (DST) koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 1 milyon 300 mindən çox şəxsin vəfat etdiyi açıqlanıb.

24saat.org

Mənbə – azadliq.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button